Ekskluziv
2363
02 Mar 2024 | 07:42

"Biz faşist diktaturasının astanasındayıq…"- İsrail deputatı

Həmin mövqeyi ilə bağlı ötən həftə onu İsrailin qanunverici orqanı olan Knessetdən qovmaq cəhdi uğursuzluqla nəticələnib…
 
"Biz faşist diktaturasının astanasındayıq".
 
Moderator.az xəbər verir ki, bu sözləri İsrail Knessetinin üzvü Ofer Cassif “Əl-Cəzirə” telekanalının ingilisdilli  “UpFront” verilişinin Nyu-Yorkda yaşayan aparıcısı Mark Lamont Hillə belə deyib. Deputat İsraildəki “fanatik millətçiliyin sunami səviyyəsinə qalxmasını” pisləyib
 
Xatırladılır ki, son beş ayda İsrailin Qəzzaya qarşı müharibəsi 30 mindən çox insanın ölümünə və kütləvi dağıntılara səbəb olub. Bu ilin yanvar ayında Haaqa Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) İsrailin  Qəzzada soyqırım törətməsi ilə bağlı ağlabatan riskin olduğunu müəyyən edib.
 
BƏM-in qərarı İsrailin siyasi təbəqəsi tərəfindən etirazla qarşılansa da, ona dəstək verənlər də olub. İsrail parlamentinin üzvü Ofer Cassif də  BƏM prosedurlarının açıq tərəfdarı olub. Həmin mövqeyi ilə bağlı ötən həftə onu İsrailin qanunverici orqanı olan Knessetdən qovmaq cəhdi uğursuzluqla nəticələnib.
 
Bəs indiki şəraitdə İsraildə müxalifətin gücü nə qədərdir? Bu həftə “UpFront”-da Mark Lamont Hill Cassif ilə İsraildəki mövcud siyasi ab-hava haqqında danışıb.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər