"Rusiya hakimi Kremlin Leninqrad hərbi dairəsindən NATO-ya qarşı istifadə etmək niyyəti barədə siqnal göndərib..."
Rusiya prezidenti Vladimir Putin Şimali Atlantika Alyansına qarşı hərbi təcavüzə hazırlığa başlayıb. Bunu Rusiya hakiminin 26 fevral tarixli iki fərmanı sübut edir.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) ekspertləri güman edir.
"Putinin imzaladığı birici fərman Rusiyanın Şimal Donanmasını "növlərarası strateji ərazi təşkilatı" statusundan məhrum edir və əvvəllər Şimal Donanmasının komandanlığı altında olan Şimal-Qərb federal dairəsinin torpaqlarını yenidən formalaşmış Leninqrad hərbi dairəsinə verir, analitiklər xatırladıb.
İkinci fərman formal olaraq Moskva hərbi dairəsini bərpa edir. Bu yolla Rusiyada həmçinin 2010-cu ildə Rusiya Müdafiə Nazirliyinin bu iki dairəni-Moskva hərbi dairəsi və Leninqrad hərbi dairəsini birləşdirməklə yaratdığı Qərb hərbi dairəsi ləğv edilir.
İkinci fərman həmçinin işğal edilmiş Ukrayna ərazilərini Cənub hərbi dairəsinə daxil edir, buraya Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətləri, habelə 2014-cü ildən Cənub hərbi dairəsinin bir hissəsi olan Krım da daxildir", - ISW qeyd edir.
Analitiklərin məlumatına görə, Qərb hərbi dairəsi Rusiyanın Ukrayna, Belarus və Baltikyanı ölkələrlə sərhədlərini əhatə edir.
Onun strateji vəzifələrinə Rusiya Silahlı Qüvvələrinin tammiqyaslı müharibə başlanandan Ukrayna ərazisində əməliyyatların müşahidə edilməsi, həmçinin NATO ilə mümküm qarşıdurmaya hazırlıq daxil olub.
ISW izah edib ki, indi Leninqrad hərbi dairəsi NATO-nun şimal-şərq sərhədi boyunca, Moskva hərbi dairəsi isə Ukrayna və Polşanın şimal-şərq hissəsindən keçəcək.
Bu, Moskvaya eyni zamanda "NATO-ya qarşı mövqe tutmağa və Ukraynada hərbi əməliyyatlarıa komandanlığı və onların idarə edilməsini asanlaşdıracaq".
Ekspertlər qeyd edir ki, Putin Leninqrad hərbi dairəsinin formalaşdırılmasl zərurəti haqqında Finlandiyanın 2023-cü ildə Alyansa daxil olmasından sonra xatırladıb.
Beləliklə, Rusiya hakimi "Kremlin Leninqrad hərbi dairəsindən NATO-ya qarşı istifadə etmək niyyəti barədə siqnal" göndərib, amerikalı ekspertlər güman edib.
"Moskva və Leninqrad hərbi dairələrinin yaradılması ilə paralel olaraq qısa və uzunmüddətli perspektivdə Rusiyanın Ukraynada əməliyyatlara nəzarət edilmək və uzunmüddətli perspektivdə NATO-ya qarşı irimiqyaslı konvension müharibəyə hazırlığı gücləndirmək məqsədlərinə uyğundur", - analitiklər buna əmindir.