Ekskluziv
2644
27 Feb 2024 | 16:40

"Navalnının ölümü Putinin "ağrılı rəmzinin" təzahürüdür - "Financial Times"

 
"Putinin hakimiyyətinin altından istənilən çıxmaq istəyi mafiya üslubunda satqınlıq kimi qəbul edilir..."
 
"Əgər Qərb iki ol öncə Rusiya tammiqyaslı hərbi müdaxiləyə əl atanda daha çox qətiyyət nümayiş etdirsəydi, bu gün həm Qərbin özü, həm də Ukrayna Putinə qarşı daha yaxşı mövqedə olardı..."
 
Navalnının "xeyirxah" insanların fəaliyyətsizliyi ucbatından şərin zəfər çalacağı haqqında öncəgörənliyi həyatda öz təsdiqini tapıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Qərbin Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı tərəddüdləri Putin və onun mafiyasını həvəsləndirib.
 
Müxalifət lideri Aleksey Navalnının ölümü Putinin "ağrılı rəmzinin" təzahürü kimi Ukraynaya və bütün dünyaya göstərdi ki, vaxtından öncə ehtiyatlılıq ucbatından müharibə hələ udulmayıb.
 
Navalnının Rusiyaya dönməsindən öncə "xeyirxah" insanların fəaliyyətsizliyi ucbatından şərin zəfər çalacağının mümkünlüyü barədə sözləri, deyəsən, öncəgörənlik olub. Bu barədə nəşr Qərbin Putin və onun mafiyası ilə bağlı hərəkətləri və tərəddüdlərini təhlil edərək yazıb.
 
"Biz Vladimir Putinin Aleksey Navalnının ölümünün özünün əlaltısı Viktor Yanukoviçin Müstəqillik Maydanında etirazlardan sonra Ukrayna prezidenti vəzifəsindən kənarlaşdırılmasının 10 illiyinə və ya tammiqyaslı müharibənin ikinci ildönümünə həsr etdiyini bilmirik. Lakin belə ağrılı təqvimi rəmz onun xarakterinə uyğundur", - qəzet yazıb.
 
Navalnının ölümü və Ukraynaya hücum faktı nəticələrinə görə bir-biri ilə bağlı olan proseslər deyil. Bu, Putinin ona etiraz edənləri, - fərq etməz, bir rusiyalı tənqidçi müxalifətçi və ya bütöv Ukrayna milləti olsun, - cilovlamağa cəhd edəndə istifadə etdiyi eyni quldurluğun təzahürləridir, nəşr vurğulayıb.
 
"Onun hakimiyyətinin altından istənilən çıxmaq istəyi mafiya üslubunda həddən artıq sərt cəzanın mövcud olmadığı satqınlıq kimi qəbul edilir, nəşr yazır.
 
Hələ bir il öncə Rusiyanın Ukraynaya qarşı müharibəsinin ərazi və hətta Ukraynanın gələcəkdə NATO üzvü olacağı səbəbindən münaqişə olmadığı aydın olub.
 
"Bu, həyat tərzi uğrunda olan mübarizədir, bu məqsədlə Moskva 1940-cı illərin sonlarında Şərqi Avropaya zorla qəbul etdirdiyi cəmiyyəti məhv edən neosovet restavrasiya və işğalı təklif edir. Buça bir tərəfə, Donbasın qəddarlığı bunu sübut edir", - nəşr yazıb.
 
Qəzet iddia edir ki, Navalnının ölümü nə Qərbin xarici mübarizəsinin, nə də Ukraynanın Rusiyaya qarşı daxili mübarizəsinin hələ udulmadığını aydın şəkildə göstərib. 
 
Ukraynalılar bunu hələ 2014-cü ildən anlayır, lakin onların tərəfdaşları Putinə qarşı özlərinin cəsarətsizliyinin qarşısını heç cür ala bilmir. Kiyevə edilən heç bir dəstək və ödəmələr bunu gizlətmək iqtidarında deyil.
 
"Bu cəsarətsizlik silah məsələsində özünü daha çox büruzə verir. Ukrayna döyüş sursatları qıtlığından cəbhə xəttini qoruyub saxlamağa cəhd edir. Onun əkshücumu qismən öz səması uğrunda kifayət qədər mübarizə apara bilmədiyindən uğursuz olub.
 
Bu konkret çatışmazlıqlar Qərb liderlərinin Ukraynanın qırıcılar verilməsi xahişindən əvvəlcə imtina etməsi, sonra isə döyüş sursatlarının onların istehsalı üçün zəruri olan təxirəsalınmaz tədbirləri uzlaşdıra bilməməsinin nəticəsi olub", - qəzet izah edib.
 
Əgər Qərb hələ iki il öncə Rusiya tammiqyaslı hərbi müdaxiləyə əl atanda daha çox qətiyyət nümayiş etdirsəydi, bu gün həm Qərbin özü, həm də Ukrayna Putinə qarşı daha yaxşı mövqedə olardı. Hazırda Rusiyaya qarşı sanksiyalar çox zəifdir, burada həm çoxlu boşluqlar var, həm də onlara kifayət qədər əməl edilmir", - nəşr yazıb.
 
Neft üzrə məhdudiyyətləri də parlaq misal kimi göstərmək olar.
Onlar o qədər "səmərəli" olub ki, 2023-cü ildə Rusuyaya misli görünməyən gəlir əldə etməyə imkan verib, nəşr xatırladır.
 
Daha bir "ağrılı" məsələ Rusiya aktivlərinin Ukraynaya verilməsidir. İki il öncə Qərb ölkələri 300 milyard dollarlıq valyuta ehtiyatlarına Moskvanın çıxışını əngəlləyib, vəd edib ki, Rusiya müharibə ilə bağlı Ukraynanın itkilərini kompensasiya etməyincə blokdan çıxarmayacaq.
 
Lakin Qərb indiyədək bu kompensasiyanı təmin etməyə və aktivləri Ukraynanın bərpa Fonduna köçürməkdə qərarsız olub. "Əgər iki il öncə Qərb liderləri irəliyə getsəydilər, bu, Ukraynanın müqavimət qabiliyyətini möhkəmləndirə bilərdi", - qəzet yazır.
 
Buradan həm hərbi, həm də iqtisadi olaraq iki nəticə çıxarmaq olar. Bunlar ondan ibarətdir ki, Qərbin vaxtından əvvəl "ehtiyatlılığı" Ukraynanın əzablarını uzadıb və dünya ilə böhrana tab gətirə biləcəyini hesab edən Rusiya diktatorunu ruhlandırıb. Eyni zamanda, bu ehtiyatlılıq Rusiya qüvvələrinin geriyə oturdulması üçün ödəniləcək bədəli artırıb, nəşr yazıb.
 
"Navalnının Rusiyaya sonuncu dönüşündən öncə müraciəti bundan ibarət olub ki, "şərin zəfəri üçün yeganə nəsnə xeyirxah insanların heç nə etməməsidir". Şər həmçinin yaxşı insanların həddən artıq ehtiyatlı olduğu zaman qalib gəlir. Belə səhvlərə bir daha yol verməyin", - qəzet yazır.
 
Budanovun Navalnının ölümü ilə bağlı versiyası və başlıca faktlar
 
Kremlin siysasi məhbusu olan Navalnının ölümü haqqında fevralın 16-da bəlli olub. Rusiyanın Cəzaların icrası Federal Xidmətinin versiyası ondan ibarət olub ki, müxalifətçi Yamal-Nenetsk həbsxanasında gəzinti zamanı özünü pis hiss edib. Rusiya iddia edib ki, Navalnını xilas etməyə cəhd göstərib, lakin həkimlər onu reanimasiya edə bilməyib.
 
Həmin gün Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Navalının ölümü rejimi tərəfindən digər əzab verilənlər kimi Putinin əl işidir. Eyni zamanda, Qərb siyasətçiləri də bəyan edib ki, Navalnı, ehtimal ki, Putunin əmri ilə qətlə yetirilib.
 
Lakin bu günlər Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov onun ölümünün öz versiyasını səsləndirib
 
O, deyib ki, Navalnıda tromboz baş verib. "Mən sizi məyus edə bilərəm, amma onun gerçəkdən trombdan öldüyü bizə bəllidir. Bu, bu və ya digər dərəcədə təsdiq edilib. Bu, bizim bildiklərimizdir", - Budanov deyib.
Link kopyalandı!
Son xəbərlər