Ekskluziv
2882
26 Feb 2024 | 23:24

"Girkin intihar edib?": terrorçunun həbsxanada qətli barədə məlumatlar yayılıb

"Girkin intihar edib?": terrorçunun həbsxanada qətli barədə məlumatlar yayılıb
 
"Girkin Navalnının yanına debatlara gedib, yoxsa yox?.."
 
"Mən deməyə söz tapmıram, bu xəbərdən dəhşətə gəlmişəm..."
 
Sosial şəbəkələrdə Rusiyada ümumi rejimli həbsxanada cəza çəkən rusiyalı terrorçu, hərbi cinayətkar İqor Girkinin, (Strelkov) guya, ölümü barəsədə şayiələr dolaşır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "news.obozrevatel.com" nəşri yazıb.
 
Bəlli olduğu kimi, İqor Girkin təcavüzkar ölkənin Ukraynaya qarşı müharibə stratehiyasının tənqidinə görə həbsə atılıb.
 
Girkinin, guya, ölümü barədə məlumatlar "X" sosial şəbəkəsində yayılmağa başlayıb. İstifadəçilər yazıb ki, Girkin, guya, həbsxanadakı kamerasında asılı vəziyyətdə tapılıb.
 
Rusiyalılar sosial şəbəkələrdə "Girkin" heşteqində terrorçunun ölməsinin həqiqət olması barədə sual ünvanlayıb. "Girkin Navalnının yanına debatlara gedib, yoxsa yox?", "Girkin artıq konsertdədir?", "Girkinin işi bitib?" - "X" sosial şəbəkə istifadəçiləri yazıb.
 
Elə həmin şəbəkədə, guya, "Miroslav Reginskaya (Strelkova azadlıq!")" adlı "Teleqram-kanal"dan skrinşot yayılıb. (Miroslava Reginskaya Strelkovun həyat yoldaşıdır).
 
Skrinşotda bunlar yazılıb: "Mən deməyə söz tapmıram. Mən bu xəbərdən dəhşətə gəlmişəm. İqor İvanoviç kamerada ölü tapılıb. Onun qətlə yetirildiyi imkan daxilində daha çox insana bəlli olmalıdır". 
 
Həmçinin "DXR" qruplaşmasının sabiq başçısı Pavel Qubarevin dərc edilən repostunda da, guya, Girkinin ölümü barəsində deyilib.
 
Lakin əslində nə Miroslava Reginskaya, nə də Qubarevin kanallarında belə məlumatlar yoxdur. 
 
Eyni zamanda Girkinin həyat yoldaşında da eyni məlumat var, lakin orada söhbət rusiyalı təbliğatçı Andrey Morozovun ölümündən gedir:
 
"Mən söz tapa bilmirəm. Mən bu xəbərdən dəhşətə gəlmişəm. Andrey parlaq insan, bizim İqorun tanışı olub. O, həyatı bahasına şərəf və həqiqətin onun üçün qiymətli olduğunu sübut edib. Onun qətlə yetirilməsi imkan daxilndə çox adama bəlli olmalıdır".
 
Beləliklə, bu nəticəyə gəlmək olar ki, Girkinin ölümü haqqında məlumat feykdir, məlumatın skrinşotu isə fotomontajdır. Bunun həqiqət olduğunun hər-hansı sübutları yoxdur.
Link kopyalandı!
Son xəbərlər