"Rafahda bir milyondan artıq insan sığınıb, hər-hansı əməliyyatdan öncə onların təhlükəsizliyi etibarlı şəkildə təmin edilməlidir..."
"Qəzza bölgəsində son günlər acların üsyanı müşahidə edilməkdədir..."
ABŞ müdafiə naziri Lloyd Ostinlə İsrail müdafiə naziri Yoav Qalant arasında telefon söhbəti baş tutub. Söhbət zamanı İsrail Müdafiə Ordusunun Xan Yusifdə əməliyyatı və Rafaha gözlənilən hücumu müzakirə edilib.
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.
Söhbət zamanı Ostin "Rafahda hər-hansı hərbi əməliyyata başlamazdan öncə orada sığınan bir milyondan artıq insanın təhlükəsizliyinin təmin edilməsi və onlara dəstək verilməsi üzrə etibarlı planın" işlənib hazırlanmasının zəruriliyini vurğulayıb.
Hər iki nazir HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üzrə səyləri müzakirə edib.
Bundan başqa, Pentaqon rəhbəri israilli həmkarının diqqətini Qəzza bölgəsinə humanitar yardımın çatdırılmasına mane olan insidentlərin qarşısının alınmasının zəruriliyinə yönəldib.
"Nazir Ostin humanitar qruplar tərəfindən münaqişənin aradan qaldırılması və dinc fələstinlilərə edilən yardımın həcminin artırılmasınının nizamlanması zərurəti barədə bəyan edib və qeyd edib ki, talanlar və zorakılıq halları humanitar konvoyların Qəzzaya çatdırılmasına mane olur", - Pentaqon qeyd edib.
Bu arada isə "The Washington Post" qəzeti BMT nümayəndələrinə istinadən yazıb ki, Qəzza bölgəsinə son həftələr humanitar yardımın tədarük həcmləri HƏMAS tərəfindən deyil, İsrailin konvoyları mühafizə edən polislərə aviasiya zərbələri səbəbindən aşağı düşüb. Bu isə "kriminal qruplaşmalar və təngə gəlmiş mülki vətəndaşlar tərəfindən talanların artmasına gətirib çıxarır.
CNN teleşirkəti həmçinin BMT sənədlərinə istinadən məlumat verib ki, İsrail hərbçiləri Qəzzanın mərkəzi hisssinə BMT-nin ərzaq məhsullarını daşıyan avtomobil kolonunu atəşə tutub.
Kanalın məlumatına görə, bu, humanitar yardım daşıyan beynəlxalq təşkilatların konvoylarının zərbə altına düşdüyü çoxsaylı insidentlərdən biridir.
Yoav Qalant öz növbəsində Ostinə İsrail Müdafiə Ordusunun döyüş meydanındakı uğurlarından danışıb.
"Biz HƏMAS-ın "Xan Yunis briqadası"nı uğurla aradan götürmüşük, - israilli nazir bəyan edib. -
Bizim Xan Yunisdə əməliyyatımız müharibənin əvvəlindən bizim siyasətimizi əks etdirir. Bu fa dəqiq fəaliyyət göstərmək, terrorçuları mülki şəxslərdən ayırd etmək və çoxsaylı təhlükələrə rəğmən humanitar yardımın çatdırılmasına kömək etməkdən ibarətdir.
"İsrail Müdafiə Ordusu mürəkləb şəraitdə, öz hərbi infrastrukturunu və yaraqlılarını mülki əhali və mülki müəssisələr arasında yerləşdirən terrorçu təşkilata qarşı peşəkarcasına hərəkət edir", - Qalant deyib.
Bundan başqa, o, ABŞ müdafiə nazirinə rəhbərlik və tərəfdaşlığa görə minnətdarlığını ifadə edib və möhkəm Amerika-İsrail münasibətlərinin dəyərli olduğunu vurğulayıb.
Qalant Ostini "HƏMAS-a qarşı müharibədə operativ şərait barəsində, habelə terrorçu infrastrukturun demontaj edilməsi və Qəzza bölgəsinin mərkəzi və cənub hissəsində yaraqlıların ləğv edilməsində irəliləyiş barədə müfəssəl məlumat verib".
Tərəflər həmçinin girovların evlərinə dönməsi üzrə səyləri müzakirə edib, bu məsələyə sadiq qaldıqlarını ifadə edib.
Xəbər verildiyi kimi, HƏMAS rejimi zəiflədikcə Qəzza bölgəsinin getdikcə daha çox sakini humanitar fəlakətlə bağlı narazılığını bildirir. Son günlər orada acların üsyanı başlayıb.