Bizi sosial şəbəkələrdən izləyin:
Aleksey Navalnının anası Lyudmila Navalnaya oğlunun meyiti göstərilib.
Moderator.az xəbər verir ki, o, bu barədə Aleksey Navalnıyın YouTube kanalında yayımlanan videomüraciətində bildirib. Onun sözlərinə görə, müstəntiqlər siyasətçini gizli dəfn etmək istəyirlər və “Alekseyin harada, nə vaxt və necə dəfn edilməli” şərtləri qoyurlar.
“Mənim yanımda onlara ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmrlər gəlir. Dəfnin gizli, vidalaşmadan həyata keçirilməsini istəyirlər. Məni qəbiristanlığın kənarına, təzə qəbri göstərib demək istəyirlər ki, oğlun buradadır. Mən bununla razı deyiləm”, - deyə Lyudmila Navalnaya bildirib.
Onun sözlərinə görə, ona deyiblər ki, Navalnının gizli dəfninə razı olmasa, “onun cəsədi ilə nəsə edəcəklər”. "Müstəntiq Varapayev mənə açıq dedi ki, vaxt sizin xeyrinizə işləmir, meyit çürüyür."