“Yayılan videoya baxdıqca damarımda qanım dondu” - Günay Ağamalı
Ekskluziv
3150
20 Feb 2024 | 20:08

“Yayılan videoya baxdıqca damarımda qanım dondu” - Günay Ağamalı

Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video gündəmi silkələdi. 
 
Moderator.az saytına danışan Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalı: "Yayılan videoya baxdıqca damarımda qanım dondu".
 
 
Müəllimin dəyəri dəyərsizləşdirildikcə, mənəviyyatı maddiyyatdan üstün tutan valideynlər olduqca etikadan kənar davranışlar artacaq,  necə ki, və nə yazıq ki, sürətlə artmaqdadır. 
 
Övladlarını bütün günü sosial şəbəkədə aktiv olduğunu görən valideynlər onu dərsə, elmə, biliyə maraqalandırmaq əvəzinə TikTok-dan pul qazandırmaqla korlayırlar bu günümüzü, gələcəyimizi və bir problem olduqda ətrafda səhv axtarışına çıxılır. 
 
Əzilən tərəf və qəddar tərəf. Çoxmu olacaq cahilliyinin, zorakılığın, aqressiyanın, tərbiyəsizliyin qurbanına çevrilən uşaqlar?.
 
 
Günay Ağamalı
 
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri
Link kopyalandı!
Son xəbərlər