Ekskluziv
6058
18 Feb 2024 | 08:15

"ATƏŞ” partizan hərəkatı Avdeyevkanın qisasını Volqoqradda aldı... 

Avdeyevkada partizanlar düşmən geyimində kiçik qruplar şəklində rusların mövqelərində təxribat törədir və onlara xeyli itki verdirirlər...
 
Rusiya aviasiyası Avdeyevkada öz mövqelərini bombaladı...
 
Ukraynalıların və Krım tatarlarının “ATƏŞ” hərbi partizan hərəkatı Volqoqrad vilayətində Putin ordusuna qarşı diversiya törədib.
 
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə partizanlar sosial şəbəkələrdə məlumat yayıblar.
 
Hərəkatımızın agenti Volqoqraddakı Maksim Qorki stansiyasında rele-ötürücü kabinetini yandıraraq təxribat törədib. Bu minvalla o, hərbi texnikanın ötürülməsini müvəqqəti dayandırıb”, - məlumatda belə deyilir.
 
Bu obyekt loqistika baxımından Rusiya rejimi üçün çox vacibdir. Həmin stansiya hərbi qatarların Krıma və Rostova getdiyi mühüm qovşaqdır. İndi işğalçıların bununla bağlı problemləri olacaq.
 
"Bu, Avdeyevka üçün qisasdır! Bizə müharibəni sona çatdırmaq üçün döyüşməyə hazır olan insanlara ehtiyac var"- deyə gizli döyüşçülər yekunlaşdırıb.
 
“ATƏŞ” partizan hərəkatının yaydığı digər məlumata görə, Ukrayna diversiya qrupları Rusiya ordusu geyimlərində düşmən mövqelərinə daxil olaraq Avdeyevkaya soxulmuş işğalçılara atəş açır. Agentlərin bildirdiyinə görə, şəhərin ələ keçirilməsindən sonra Rusiya işğalçı ordusunun Avdeyevkadakı bölmələrində bayram əhval-ruhiyyəsi yoxdur.
 
“Ukrayna diversiya qrupları işğalçılara rahatlıq vermir; düşmən geyimində kiçik qruplar şəklində rusların mövqelərində təxribat törədir və onlara xeyli itki verdirirlər. Son bir neçə saat ərzində bir neçə belə reyd keçirilib və on nəfərədək şəxsi heyət öldürülüb”, - məlumatda vurğulanır.
 
Partizanlar düşmənə "qələbə"dən həzz almağa imkan vermir, Rusiya əsgərlərini daim oyaq olmağa məcbur edirlər...
 
Partizan hərəkatının yaydığı növbəti məlumatda isə bildirilir ki, Rusiya aviasiyası növbəti uçuşu zamanı səhvən Donetsk vilayətinin Avdeyevka bölgəsində işğalçı qüvvələrin, yəni özlərinin mövqelərinə zərbələr endirib. Bu zaman Rusiya Federasiyasının 239-cu tank alayının artilleriya bölmələri orada olub. Nəticədə işğalçılar xeyli itki verib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər