“Xəstəxanalıq olmamışam, sadəcə ayağım sürüşüb, yıxılmışam”-AÇIQLAMA+ÖZƏL
4243
16 Feb 2024 | 14:10

“Xəstəxanalıq olmamışam, sadəcə ayağım sürüşüb, yıxılmışam”-AÇIQLAMA+ÖZƏL

Əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayevanın xəstəxanalıq olması ilə bağlı xəbərlər yayılıb.
 
Moderator.az-a açıqlama verən sənətkar yıxıldığını bildirib.
 
“Bayaqdan jurnalistlər zəng edib maraqlanmaq istəyir. Telefonu götürmürəm, başım qarışıqdır. Yazırlar ki, ayağını sındırıb, əməliyyat olunub, xəstəxanalıq olub. Yaxşıyam, pis deyiləm. Halım əhvalım da yerindədir. Sadəcə olaraq ayağım sürüşüb, bir az burxulub, sərpib. Heç kim nigaran qalmasın. Adam günahkardır yıxılsın, o dəqiqə yalandan yazıb-pozurlar. Biz də insanıq da, başımıza iş gələ bilər” deyə qarmon ifaçısı bildirib.
Link kopyalandı!
Son xəbərlər