Ekskluziv
3019
12 Feb 2024 | 13:41

"Rusiya Azərbaycanın razılığı olmadan ermənilərin Qarabağa dönüşü üçün “təhlükəsizlik qarantiyası” verə bilməz...”

“Qarabağa erməni əhalinin geri dönüşü məsələsi Azərbaycanın apardığı qətiyyətli siyasətdən asılı olacaqdır. Artıq bu siyasətin konturları işləməkdədir...”
 
“Rusiya sülhməramlı  kontingentinin erməni əhalinin olmadığı Qarabağda qalması əslində həmin ölkənin buradakı uzunmüddətli siyasi və hərbi maraqlarından irəli gəlir. Öz hərbi birləşmələrinin Azərbaycanın bu ərazisində qalmasını əsaslandırmaq üçün, hesab edirəm ki, Moskva bəzi gözlənilməz addımlar ata və Ermənistanla əlaqəyə girib müəyyən miqdarda erməni əhalini Qarabağa geri gətirə bilər. Buna imkan vermək olmaz, çünki belə bir proses baş verərsə, 2025-ci ildə Rusiya kontingentinin daha beş il burada qalması üçün  bəhanələrin ortaya çıxması mümkündür”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən ermənişünas alim, professor Qafar Çaxmaqlı Kremlin ermənilərin Qarabağa qaytarılmalarına şərait yaratmağa hazır olduqlarına dair Rusiya XİN rəsmisinin son bəyanatına münasibət bildirərkən ifadə edib.
 
“Ermənistan tələb edir ki, hayların Qarabağa geri dönüşü üçün əhalinin təhlükəsizliyinə qarantiya verilsin. Azərbaycanın razılığı olmadan Rusiya belə " təhlükəsizlik qarantiyası" verə bilməz. Ermənistan həmin iş üçün Qərbə güvənir və bu  sahədə atdığı addımlar, hələ ki, heç bir fayda vermir. Məsələ ondadır ki, Qarabağa müəyyən miqdarda erməni əhalini geri gətirmək üçün Kremlin İrəvandan hansısa tələbləri ola və Ermənistan nəyisə güzəştə gedə bilər.  Əlbəttə, Rusiya Qərbin çoxdan bəri apardığı anti-Rusiya  siyasətinə Ermənistanın dəstək verməməsini istəyəcək. Amma son illər Qərbin himayəsinə bel  bağlayan  Ermənistan üçün bu, çətin olacaq. Qarabağa erməni əhalinin geri dönüşü məsələsi Azərbaycanın apardığı qətiyyətli siyasətdən asılı olacaqdır. Artıq bu siyasətin konturları işləməkdədir”- deyə davamında ermənişünas alim vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər