Basarkeçərdə vəziyyət gərginləşdi…- Ermənilər yolu bağladı…-FOTOLAR
2814
12 Feb 2024 | 12:01

Basarkeçərdə vəziyyət gərginləşdi…- Ermənilər yolu bağladı…-FOTOLAR

Hazırda Ermənistanın“Vardenis mərzi” adlanan Basarkeçər mahalında gərgin vəziyyət hökm sürür. Vardenis şəhəri və qonşu kəndlərin sakinləri şəhərə daxil olan əsas yolu bağlayıblar. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Sakinlər pasport şöbəsinə dəstək olaraq etiraz aksiyası keçirirlər. Çünki hakimiyyət Vardenisdə(Basarkeçər-S.L.) pasport və viza şöbəsinin ofisini bağlamaq qərarına gəlib və bununla da sərhəd sakinlərinin normal həyatını daha da çətinləşdirib. Qeyd edək ki, aksiyada Vardenis meri Aharon Xaçatryan da iştirak edir. Hazırda Vardenis polis rəisi də aksiya yerindədir və vətəndaşlarla yolun açılması üçün danışıqlar aparır.
Əvvəllər yazmışdıq ki, Vardenisdəki qurumlar, o cümlədən Vardenis poliklinikası uzun müddətdir ki, pasport şöbəsinə dəstək üçün imza toplayır. Çoxlu sayda imza toplanıb, sakinlər onları qubernatorluğa təhvil verməyə hazırlaşır və tələblərini qane edən cavab gözləyirlər”, - xəbərdə belə deyilir.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər