2421
12 Feb 2024 | 00:27

"NATO hələ də əzələ nümayiş etdirir, amma çoxdandır ki, xəstədir" - "Aydınlık Gazetesi"

"NATO hərbi cəhətdən ciddi problemlərlə üzləşib..."
 
Rusiyanı təhdid etmək istəyən NATO-nun vəziyyəti necədir?
 
Qərb Rusiya tərəfindən təhlükə barədə təbliğatın köməyilə NATO-nu sıx birlışdirməyə və onun gücünü göstərməyə cəhd edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık Gazetesi" yazıb.
 
Bunun üçün Alyans "soyuq müharibə" dönəmindən ən böyük təlimlər keçirir, lakin özü hərbi cəhətdən ciddi problemlərlə üzləşir.
 
NATO "fəal surətdə Rusiya ilə müharibəyə" hazırlaşır. Almaniya müdafiə naziri Boris Pistorius bəyan edib ki, birbaşa münaqişə 5-8 ildən sonra başlaya bilər və qeyd edib ki, Berlin buna hazır deyil. 
 
Almaniyanın "Bild" qəzeti hətta Rusiyanın hücumunun olacağı barədə ideyanı təbliğ edən "məxfi sənədlər" dərc edib. NATO bu konteksdə "Steadfast Defender-2024" təlimlərinin keçirilməsini elan edib.
 
Hərbi manevrlərə 90 min hərbi qulluqçu, min vahiddən çox yerüstü hərbi texnika, o cümlədən 133 tank, 80 təyyarə və 50 döyüş gəmisi cəlb edilib.
 
Kiyevə 200 milyard dollardan artlq məbləğdə yardım edilməsinə rəğmən, Ukraynada uğur əldə etmək iqtidarında olmayan Qərb (NATO) Rusiyaəleyhinə əhval-ruhiyyə vasitəsilə "özünü güclü göstərməyə" cəhd edir.
 
Beləliklə, bu təlimləri anons etməzdən öncə NATO hansı vəziyyətə düşüb?
 
"Bizim təyyarə daşıyan gəmimiz tam təchiz edilməyib"
 
Britaniyalıların qüruru olan, Kraliçanın şərəfinə adlandırılan "HMS Queen Elizabeth" təlimlərdə iştirak edə bilməyəcək. Kral donanmasının flaqmanı texniki problemlər səbəbindən geri qaytarılıb. 
 
Donanmanın sabiq komandanı, admiral, lord Alan Uestin sözlərinə görə, gəmi ən azı iki ay dokda dayanacaq, bütün silahlar çıxarılacaq və yanacaq boşaldılacaq. 
 
"Queen Elizabeth" gəmisinin yerini təlimlərdə eyni sinifdən olan "HMS Prince of Wales" gəmisi tutacaq. Bəllidir ki, bu gəmi 2022-ci ildə həmçinin analoji problemlə üzləşib və təmirə ehtiyacı olub. 
 
Alan Uest "Daily Mail" nəşrində yazdığı məqalədə xəbərdarlıq edir: "Biz müdafiəyə kifayət qədər vəsait xərcləmirik, bizim gəmilərimiz çox azdır, təyyarə daşıyan gəmilərimiz tam təchiz edilməyib, bu da həqiqətən narahatlıq üçün əsas verir və bu problem həll edilməlidir".
 
Maliyyələşmə kifayət deyil
 
Bir qədər öncə bir məlumat Britaniya ictimaiyyətinin diqqətini çəkib. "The Telegraph" nəşri məlumat verib ki, Qırmızı dənizə Yəmən husiləri ilə mübarizə üçün göndərilən "HMS Diamond" təyyarə daşıyan gəmi yerdə "Əbsər Ala" hədəfini vura bilmir.
 
"HMS Diamond"un aid olduğu "45 tip"li təyyarə daşıyan bu gəmi gəmilər qrupunun hava hücumlarından müdafiəsi üçün inşa edilib. Layihə sistemin burun hissəsində qurudakı hədəflərə qanadlı raketlərlə zərbələr endirilməsi üçün "Mark-41" şaquli buraxılış sisteminin yerləşdirilməsini nəzər tutub.
 
Lakin kifayət qədər maliyyələşmənin olmaması səbəbindən Britaniya donanması hətta bu avadanlığı almayıb.
 
Şəxsi heyətin çatışmazlığı
 
Həmçinin kadr qıtlığı da özünü göstərməkdədir. "The Telegraph" nəşri diqqəti ona çəkib ki, 26 tipli freqatı şəxsi heyətlə təmin etmək üçün iki döyüş gəmisini silmək lazım gəlib.
 
"HMS Argyll" və "HMS Westminister" gəmiləri müttəfiqlər tərəfindən alınmazsa, utilə veriləcək. Buna baxmayaraq, adıçəkilən ikinci gəminin təmirinə bu yaxınlarda təxminən 100 milyon fund sterlinq xərclənib.
 
Qəzet Müdafiə Nazirliyinə istinadən məlumat verib ki, hərbi-dəniz qüvvələri gənc  hərbçilərin qəbulu üzrə pis göstəricilərə malikdir.
 
Şəxsi heyətin çatışmazlığı sırada olanlara təzyiqi artırır və cıxılmaz vəziyyət yaradır. Orduda istefaya getmək istəyənlər onların yerini tutmağa hazır olanlardan xeyli çoxdur.
 
Almaniya öz məqsədlərinə nail olmayıb
 
NATO-nun daha bir ən böyük ordularından birinə malik olan Almaniyada həmçinin problemlər var. Almaniya kansleri Olaf Şolts ordunun gücləndirilməsi ilə bağlı bir sıra vədlər verib.
 
İddia edilib ki, 4, 8 min hərbi qulluqçu Litvada NATO-nun şərq cinahına göndəriləcək, orada 2025-ci ildə hazırlığa başlayacaq, 2027-ci ildə müharibəyə hazır olacaq. Həm də müdafiəyə ÜDM-in 2 faizinin xərclənməsi planlaşdırılıb. 
 
Lakin bu vədlər icra olunmayıb. Şolts Rusiyanın Ukraynada 24 fevral 2022-ci ildə xüsusi hərbi əməliyyatı başlanandan sonra alman ordusu üçün əlavə 100 milyard avro ayıracağını vəd edib.
 
Lakin parlamentin Almaniya Silahlı Qüvvələrinin işləri üzrə müvəkkili Yeva Höql qeyd edib ki, bu məbləğ "bütün çatışmazlıqları kompensasiya etmək üçün kifayət etməyəcək" və zəruri olanların yalnız üçdə bir hissəsini təşkil edir.
 
Məcburi hərbi xidmət barəsində mübahisə
 
Ukrayna münaqişəsi fonunda alman ordusunda tərxisolunmanın artması ilə əlaqədar olaraq müdafiə naziri Boris Pistorius 2011-ci ildən ləğv edilən məcburi hərbi xidmətə qayıtmaqla bağlı danışıqlara çağırış edib. Kiyevə yardım alman ordusuna ağır zərbə vurub.
 
Ötən ilin noyabrında Bundestaqda XDİ/XSİ bloku fraksiyasının sədr müavini Yohan Vadeful DPA infornasiya agentliyinə müsahibəsində bəyan edib ki, müharibə baş verəcəyi təqdirdə alman ordusununun mərmiləri bir neçə günə yetərli olacaq. 
 
Orduya 41 min az hərbi qulluqçu cəlb edilib
 
ABŞ-da da ciddi problemlər göz önündədir. "Bloomberg" nəşrinin yazdığına görə, artilleriya döyüş sursatları istehsalının beş dəfə artırılması üzrə iddialı planlar lazımi gücün olmaması səbəbindən böyük şübhələr doğurur. 
 
Məsələn, ABŞ-da tüstü barıtının istehsal edə bilən yalnız bir zavod var, bu, Ukraynada daha geniş  istifadə edilən artilleriya mərmiləri üçün lazımdır. ABŞ həmçinin şəxsi heyət qıtlığı keçirir.
 
Senator Marko Rubio "The National İnterest" nəşrində 25 yanvar 2024-cü ildə dərc edilən məqaləsində qeyd edib ki, ABŞ-da ötən ildə orduya 41min az hərbçi cəlb edilib.
 
Vaşinqtonda həmçinin Vyetnam müharibəsindən sonra ləğv edilmiş məcburi hərbi mükəlləfiyyətə qayıtmaq barədə çağırışlar səslənir.
Link kopyalandı!
Son xəbərlər