“Atam 40 ildir dünyasını dəyişib, yenə də əl çəkmirlər, onları Allaha tapşırıram, sizin də əzizləriniz var” - Səməndər Rzayevin qızı - FOTO+ÖZƏL
Ekskluziv
Oxunub: 14424
09 Feb 2024 | 13:35
“Atam 40 ildir dünyasını dəyişib, yenə də əl çəkmirlər, onları Allaha tapşırıram, sizin də əzizləriniz var” - Səməndər Rzayevin qızı - FOTO+ÖZƏL
“Artıq neçə illərdir mən bunu müşahidə edirəm ki, dünyasını dəyişən sənətkarlara qarşı qara piar kompaniyasına keçiblər. Bu nə dərəcədə doğrudur?! Hansı şərəf, ləyaqət qanunlarına sığan bir hərəkətdir? Mən bunu anlaya bilmirəm! Ən dəhşətlisi, ən ağrılısı da budur ki, özünü “mədəniyyət” saytı adlandıran media qurumu daha çox bu yazılarla mətbuatda çıxış edir. Bütün digər saytlar da onlardan götürür həmin yazıları”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Səməndər Rzayevin qızı Rübabə Səməndər deyib. O daha sonra bildirib ki, dəfələrlə bu cür başlıqlı, həqiqətə uyğun olmayan yazılarla rastlaşıb.
 
 
“Dünyasını dəyişən insanların çirkli camaşırında eşələnmək, olan və olmayan olayları üzə çıxartmaq, onları ictimailləşdirmək nə deməkdir?! Guya ki, bu olaylarla həmin şəxslər dünyasını dəyişən sənətkarları xalqa “xatırladır”-lar, görünməyən tərəfdən “tanıdır”-lar. Amma bu o deyil. Mən də bu işlə məşğulam, 30 ildir mədəniyyət sahəsində çalışıram, illərin jurnalistiyəm, ixtisasca teatrşünasam. Mənim işim dünyadan köçmüş və yaşayan sənətkarlarla ünsiyyətdən ibarətdir. Amma mən hər zaman çalışmışam ki, onların ruhunu incitməyim. Yaşayan sənətkarların xətrinə dəyəcək bir hərəkət etməyim. Sağlam tənqid də etmək olar, hansısa irad da bildirmək olar, amma bu səviyyədə yox daha! Mədəniyyət saytısansa həmin insanın yaradıcılığından danışmalısan. Buna gücləri, savadları çatmır, amma onların çirkli camaşırında eşələnməyə əxlaqları çatır. Üstəlik də ondan-bundan eşitdiklərini, dildən-dilə keçən, heç bir gerçək tərəfi olmayan məsələləri də paylaşırlar. Atamla bağlı o qədər mənasız informasiyalar paylaşırlar ki. Mən onun qızıyamsa bilirəm o necə insan idi. Danışıq ritorikasına heç bir mənada sığmayan, yaxın getməyən ifadələrlə onun haqqında danışırlar, yazırlar. Ümumiyyətlə ona yaraşmayan uydurma lətifələr danışırlar. Mən başa düşə bilmirəm, onlar niyə bunu edirlər?!
 
Ən ağrılı və şərəfsiz tərəfi də budur ki, dünyada olan sənət adamlarına dil uzatmağa onların gücü, cəsarəti çatmır. Dünyasını dəyişən sənətkarlar haqda ağızlarına gələni yazırlar. Fuad Poladov nə qədər ki, sağ idi, onun şəxsi həyatına heç kim müdaxilə etməyə cürət etmirdi. Dünyasını dəyişən gün başladılar onun şəxsi həyatı haqda yazmağa. Sizə kim bu cürəti, ixtiyarı verib? Bu insan istəmirdi şəxsi həyatı, keçmişi haqda yazılsın, siz niyə yazırsınız?! Yaxud atam haqqında. Siz atamın şəxsiyyətinə toxuna biləcək bir cümlə işlədə bilməzsiniz! Çünki onun şəxsiyyəti bütöv idi, tanıyanlar bilirlər. Heç bir artıq hərəkət etməmişdi. Heç kəslə bağlı pis niyyəti olmamışdı. İnsan artıq 40 ildir ki, həyatda yoxdur, yenə də ondan əl çəkmirlər. Təbii ki, sağ olsunlar onu xatırlayanlar, xatırladanlar, onun haqda normal, səviyyəli veriliş hazırlayanlar, yazı yazanların qarşısında baş əyirəm. Amma bu cür üzdəniraq jurnalistlər xalqın, medianın üz qarasıdırlar. Nəyə lazımdır axı bu cür şeylər etmək?! Mən heç cür anlaya bilmirəm. İnsanların ruhunu incidirlər, amma öz ruhları belə tərpənmir, veclərinə də deyil. Bu qədər olmaz axı! Sizin də atanız, ananız, dünyasını dəyişmiş əzizləriniz var. Niyə onları söyüş obyektinə çevirirsiniz?! Özünə hörmət edən, özünü peşəkar adlandıran jurnalist belə işlərlə məşğul olmaz. İzləyici kütləsi, “like” qazanmaq üçün belə şərəfsiz hərəkətlərə getmək olmaz. Nə deyim vallah! Mən söz tapa bilmirəm”, - deyə sənətkarın qızı bildirib.
 
Böyük sənətkarın qızı bildirib ki, sosial şəbəkələrdə atasının məzarının baxımsız olması ilə bağlı yayılan foto montaj olunaraq paylaşılıb.
 
 
“Bunu da o “mədəniyyət” saytı edib. Bir müddət əvvəl mənə həmin yazının linkini yolladılar. Girib baxdım, şoka düşdüm. Bunlar guya öz aləmlərində “iş” görüblər. Yasamal qəbirstanlığından reportaj hazırlayıblar. Orada axı tanınmış insanların məzarları çoxdur. Atamın da məzarı ordadır. Təkcə atamın yox, anamın da, qardaşımın da. Hamısı yanbayandırlar. Bunlar diqqət cəlb etmək üçün atamın məzarının baş daşı fotosunu montaj ediblər. Atamın məzarı hər zaman baxımlı vəziyyətdə olub. Anam, qardaşım dünyasını dəyişəndən sonra mən oranı bir az da dəyişdirdim, abadlaşdırdım. Özü də mən orada olan bir molla ilə danışmışam, onun hörmətini edirəm, həm oranı təmizləyir, həm də yasin oxuyur. Çox təmizləməyə də ehtiyac yoxdur, yer daşdır, gül kimidir. Özüm də təbii ki, ad günlərində, bayramlarda, imkanım olduqca adi günlərdə də gedib ziyarət edirəm. İş yerimə də yaxındır. Bir sözlə mən oranı heç vaxt diqqətsiz qoymuram. Mümkün də deyil elə bir şey. Nə qədər ki, mən sağam, baxıram, qayğısına qalıram. Mən dünyamı dəyişəndən sonra da təbii ki, oğlum bu missiyanın daşıyıcısı olacaq. İndidən də ona demişəm ki, mən orada dəfn olunmasam belə heç vaxt babanı, nənəni, dayını yaddan çıxartma! Hətta uşağa da pis gəlir, mənə deyir ki, sən indidən ölümdən danışırsan. Ölüm haqdır, o bunu bilməlidir.
 
 
Həmin o fotonu manşetə çıxartmışdılar. Feysbukda da paylaşıblar, millət də girib hərəsi bir sözü yazıb. Fotonu görən kimi halım xarab oldu, təzyiqim qalxdı. O saytın baş redaktorunu da tanıyıram. Ona zəng edib dedim ki, bu nə məsələdir?! Bu nə hörmətsizlikdir?! Başa düşdüm ki, bu mümkün olmayan bir şeydir, həm də axı fotonun montaj olunduğunu bilirdim. Yenə də zəng edib məzarlığa baxan molladan xahiş etdim ki, bir foto çəkib atsın. Ondan da 1 həftə əvvəl mən məzarlıqda olmuşdum. Rəfiqəmin məzarını ziyarət edəndə ailəmin də məzarına getmişdim. Təzəlikcə də oranı təmizlətdirmişdim. Bilirdim ki, yalandır, amma yenə də molla fotonu çəkib atdı. Nə zibil var idi, nə də ki, torpaq! Bu gerçək olsaydı ən azından utanardım, abrıma qısılardım. Bu qərəzli olunan bir işdir. Həmin şəxsə dedim ki, sən özün şair oğlusan, atanla bir yerdə işləyib, çörək kəsmişik. O cür kişidən bu cür oğul heç bir kitaba sığacaq hərəkət deyil. Min cür bəhanələr gətirib, nağıl danışdı. Təbii ki, bu onların taktikasıdır. Onlar qurşaqdan aşağı vururlar. Çox alçaq, şərəfsiz hərəkət edirlər. Bunları məhkəməyə verməyincə, o sayt bağlanmayınca rahatlanmayacaqlar! Uzun sözün qısası həmin şəkli saytdan çıxartdılar, amma yazı qaldı. Bir az rahatlandım ki, məsələyə aydınlıq gəldi. Niyə durduq yerdə kimsə atamın ruhunu incitməlidir?! Bir müddət keçib, dünən məlum olub ki, tiktokda yenidən həmin fotonu paylaşıblar. Yenidən eyni hissləri yaşadım, təzyiqim qalxdı, əsəblərim korlandı. Bu qədər şərəfsizliyə bilmirəm mən nə ad tapıb qoyum?.
 
 
Dünyasını dəyişmiş insanlardan əl çəkin! Qoyun öz qəbirlərində rahat yatsınlar! Onsuz da həyatları boyu hər birimizdə olduğu kimi onlar da hər ağrı-acıdan, sınaqlardan keçiblər. Artıq neçə illərdir dünyalarını dəyişiblər. Onların sizə heç bir ziyanı yoxdur, siz onlara ziyan vurmayın! Mən varam, mənim kimi hansısa sənətkarın övladı, varisi var. Biz heç olmasa səsimizi çıxarıb, etiraz edirik. Elələri var ki, onların axı heç kəsi qalmayıb. Onda belə çıxır ki, həmin şəxslər haqqında istədiyinizi danışa bilərsiz?! Biz millət olaraq bu deyilik axı! Kim ki, bunu edir onları Allaha tapşırıram. Onlara da mənim yaşadığımı arzulayıram. Bəlkə bu zaman insafları qımıldanar və başa düşərlər ki, onlar nə qədər böyük günah ediblər! O məxluqların ki, vicdanı, mənliyi, hər şeyi puldur, onlar çətin dönüb insan olarlar. Onsuz da həyat ağırdır, problemlər, qayğılar içində çabalayırıq, üstəlik də bu cür haqsızlıqlarla qarşılaşanda insanın yaşamağa gücü qalmır”, - deyə görkəmli sənətkarın qızı deyib.
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib