“ “Qaraca qız”-ın Xədicəsi onları pisləyib, Aygün Kazımovanı göylərə qaldırdı: “Onun fanatıyam, maskasızdır, elələri var ki, baxanda dəhşətə gəlirəm”-FOTOLAR+ÖZƏL
5429
02 Feb 2024 | 07:28

“ “Qaraca qız”-ın Xədicəsi onları pisləyib, Aygün Kazımovanı göylərə qaldırdı: “Onun fanatıyam, maskasızdır, elələri var ki, baxanda dəhşətə gəlirəm”-FOTOLAR+ÖZƏL

“Mən hələ təəssüf ki, bu gün gənc və istedadlı rejissor görmürəm. Amma ümid edirəm ki, yetişəcək. Mən demirəm ki, onlar kiməsə oxşasınlar, ancaq elə filmlər çəksinlər ki, yadda qalsın. Nədənsə filmlər çəkilmir. Bəlkə də çəkilir amma xəbərim yoxdur. Bunu siz jurnalistlər daha yaxşı bilərsiniz”
 
Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib. O daha sonra əlavə edib.
“Efirlərə dəvət edirlər, amma getmirəm. Təkcə AZTV-yə baxıram. Ona görə ki, digər telekanallarda o bunun qeybətini edir, bu onun söhbətini edir. Onsuz da həyatımız müsibətdir. Mən qeybətdən uzaq insanam. İnsanların dili sümüksüzdür, nə istəyirlər danışırlar. Bir dəfə Zaur Baxşəliyevin sosial layihəsinə getdim, orada insanların bir-birinə olan münasibətini görüb dəhşətə gəldim. Sonra özümə söz verdim ki, daha getməyəcəm” deyə Leyli Axundova bildirib. 
Müsahibimiz qadın sənətçilərin estetik əməliyyatlarını da pisləyib.
 
“Bədən nahiyələrində elə əməliyyatlar etdirirlər ki, o qadınların başlarının işlədiyinə şübhə edirəm. Dodaqları nə boyda! Estetik əməliyyatın da təri, yöntəmi var. Elə estetik əməliyyat var ki, mən çox bəyənirəm. Ancaq özlərini dəhşət gününə qoyanda mən onlardan qorxuram. Bəzən sosial şəbəkələrdə ünvanıma yazırlar ki, “siz də əməliyyat etdirmisiz”. Mən heç bir plastik əməliyyat olunmamışam. Böyük məmnuniyyətlə etdirərdim. Bəlkə mən kinoda çəkiləndə də dodaqlarımı şişirtmişəm?! Mənim xəbərim yoxdur, qoy onlar desin (gülür). Gözəllik genetikdir, sonradan qazanılmır ki. Xalq artisti Aygün Kazımovanı çox sevirəm! Çox bəyənirəm! Əməliyyatları da, mahnıları da gözəldir. Hər dəfə yeni mahnısı işıq üzü görəndə çox sevinirəm. Onun fanatıyam. Xoşuma gəlir bu xanım. Səmimidir, maskasızdır” deyə sənətçi bildirib.
Leyli Axundova filmlərdə çəkilmək istədiyini bildirib.
 
“Filmlərə heç kim dəvət etmir. Amma yaxşı, maraqlı ssenari olsa çəkilmək istərdim. Niyə də yox?! Obraz da, ssenari də, rejissor işi də peşəkar olmalıdır. Söhbət mənim rolumdan getmir, ümumi filmdən gedir. Film, serial elə olmalıdır ki, bu gün baxanda sabahkı bölümü səbirsizliklə gözləyəsən. Son illərdə belə bir film yoxdur ki, onu böyük səbirsizliklə oturub gözləyim” deyə o bildirib.
 
Leyli Axundova filmdə anasını oynayan xalq artisti Şəfiqə Məmmədova ilə görüşdüyünü də bildirdi:
“Bu günlərdə Şəfiqə xanımla bir görüş oldu. Çox şad oldum ki, onu gördüm. Gözəl söhbətlər etdi. Maşallah çox gümrah qalıb. Bir dəfə də uzun illər əvvəl görüşəndə mənə demişdi ki, “Leyli, elə bil səni buzxanada dondurublar, heç qocalmırsan” (gülür)” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər