2062
27 Jan 2024 | 16:42

"Ukrayna cəbhəsində istənilən atəşkəs Rusiyanın xeyrinədir" - ISW

 
"Danışıqlara hazır olmaq barədə siqnallar imitasiya xarakteri daşıyır, çünki Rusiya Ukraynada özünün qəsbkarlıq məqsədlərindən imtina etməyib..."
 
"Putin güzəştlərə getməyəcək, Ukraynaya nəzarət etmək və NATO-nu zəiflətmək məqsədlərindən əl çəkməyəcək..."
 
Ukraynada cəbhə xəttində istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
 
Analitiklər məlumat verir ki, Rusiya Ukraynaya hərbi müdaxiləsinə bu ölkənin "neytrallığı" və NATO-nun genişləndirilməsinə moratorium tələbləri ilə haqq qazandırmaqda davam edir.
 
Bu tələblərlə bağlı istənilən hipotetik güzəşt Putin tərəfindən ciddi strateji və ritorik geri çəkilmə demək olacaq. O, indi bunlara getməyəcək.
 
Rusiyanın Ukraynanın "neytrallığına" çağırışları Ukraynadan NATO üzvlüyünü əldə etmək və NATO-ya və ya Avropa İttifaqına daxil olmaq üzrə öhdəliklərindən vaz keçmək üçün öz Konstitusiyasında dəyişikliklər etmək tələbləri deməkdir.
 
Putinin belə "neytral status" tələbləri onilliklər ərzində NATO-nu o dərəcədə zəiflətməkdir ki, 
Rusiyanın gələcəkdə Şərqi Avropada təcavüzünün qarşısını almaq və ya onun üzərində qələbə qazanmaq iqtidarında olmasın.
 
Analitiklər qeyd edir ki, Putin qətiyyətli məğlubiyyətə uğramayacağı təqdirdə, çətin ki, güzəştlərə getsin, çünki o, Ukraynaya nəzarət etmək və NATO-nu zəiflətmək məqsədindən əl çəkməyəcək.
 
Hesabatda qeyd edilir ki, Rusiyanın rəsmi şəxsləri Ukraynanın Qərb təsisatlarında yeri ilə bağlı maraqlı olduğunu imitasiya edə bilər, bununla da Qərbi Ukraynanın ərazi bütövlüyündə önləndirici güzəştlərə sövq etməyə cəhd edə bilər.
 
Putinin qeyri-rəsmi kanallarla danışıqlara açıq olması barədə məlumatlarda Rusiyanın işğal edilmiş istənilən ərazisindən imtina etməyə hazır olması barədə xatırlanmır.
 
Rusiya bəyan edir ki, onun məqsədi Ukraynanın işğal etdiyi ərazilərinin ilhaqı və ya Ukraynada əlavə ərazi əldə etməkdir.
 
"ISW hesab edir ki, istənilən atəşkəs Rusiyaya fayda verəcək,
gələcəkdə həmin maksimalist məqsədlərlə Ukraynada ərazilər əldə etmək üçün bərpa və yenidən qruplaşması məqsədilə ona zaman verəcək", - hesabatda deyilir.
 
Putinin Ukraynanın Qərbin siyasi, iqtisadi və hərbi təsisatlarına inteqrasiya etməyə imkan verməmək tələblərindən imtina etməsini güman etməyə heç bir əsas yoxdur. 
 
Bundan öncə baş verənlər
 
Qərb KİV-ləri məlumat verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-a Ukraynada müharibəyə son qoyulmasını müzakirə etməyə hazır olduğunu anladıb.
 
"Bloomberg" nəşrinin  Kremlə yaxın mənbələri məlumat verib ki, Putin qeyri-rəsmi kanallarla Kiyev üçün gələcək təhlükəsizlik tədbirlərini müzakirə etməyə hazır olması barədə siqnallar göndərir.
 
Amerikalı məmurlar bəyan edir ki, güman edilən və sınaq cəhdi ola biləcək bu təkliflər barədə məlumatsızdır və Rusiya prezidentinin döyüş əməliyyatlarının dayandırılması yollarının axtarılmasına ciddi şəkildə köklənməsinin əlamətlərini görmür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər