Ekskluziv
3099
26 Jan 2024 | 16:15

"ABŞ-da vətəndaş müharibəsi yetişir..."

 
"Baydenin qanunazidd sərhəd siyasəti ucbatından cəmi üç il ərzində 6 milyondan artıq qeyri-leqal immiqrant ölkənin cənub sərhəddini keçib..."
 
"Əgər demokratlar daha dörd il müddətəhakimiyyətdə qalacaqsa, vəziyyət həqiqətən kəskinləşə bilər..."
 
ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot elan edib ki, Amerikanın bu ştatının hakimiyyəti ölkənin Ali Məhkəməsinin qərarını icra etməyəcək. 
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.ru" nəşri yazıb.
 
Yanvarın 22-də qəbul edilən bu qərar ştat hakimiyyəti üzərinə federal sərhədçilərin yerli qanun keşikçilərinin quraşdırdığı tikanlı məftillərin götürülməsi üçün Meksika sərhəddinə buraxmaq öhdəliyi qoyub.
 
Texas hakimiyyəti Meksika sərhəddinin keçdiyi Rio-Qrande çayının Amerika sahilini tikanlı məftillə əhatə edib ki, İql-Pass şəhəri yaxınlığında bir neçə ən rahat yerlərdə çayı keçən qeyri-leqalların axınının qarşısının alınması mümkün olsun.
 
Lakin federal hakimiyyət-Co Bayden administrasiyası bu məftilləri götürməyi tələb edib, çünki bu, federal sərhədçilərə "gözlənilməz vəziyyətlərdə yardım göstərilməsinə" mane olur.
 
Belə vəziyyətə başlıca misal olaraq həlak olan üç meksikalı qeyri-leqallarla-qadın və iki uşaqla bağlı tarixçəni göstərmək olar.
 
Onlar yanvarın 15-də çayı keçməyə cəhd edərkən batmağa başlayanda amerikalı sərhədçilər tikanlı məftillər ucbatından kömək edə bilməyib.
 
Məhkəmədə federal hakimiyyət ona təkid edib ki, miqrasiya qanunlarına uyğun olaraq, sərhəd xidməti qeyri-leqalları dinləmədən və vəziyyəti öyrənmədən sərhəddi keçmək üçün etiraz etməyə haqqı yoxdur. Doğrudur, bu, artıq Birləşmiş Ştatların ərazisinə keçmişlərə aiddir, onları bu prosedur olmadan geriyə döndərmək olmaz.
 
Lakin Bayden administrasiyası məhkəmədə elan edib ki, sahildə olan tikanlı məftillər sərhədçilərə bu proseduru icra etmək imkanından məhrum edir, çünki sərhəd çaydır, çayda olan artıq faktiki olaraq sərhəddi keçmiş olur, ona görə də sahilə çıxmaq və qanuni prosedurdan keçmək imkanına malik olmalıdır.
 
Ali Məhkəmə hakimlərinin iddianın əsaslı olması barədə fikirləri haçalanıb, lakin beş səsə qarşı altı səslə, yəni bir səs çoxluğu ilə o, ədalətli hesab edilib.
 
Bütün bunlar Ebbotu qəzəbləndirib, o, elan edib ki, "federalları" tikanlı məftilləri götürmək üçün sərhəddə buraxmaq niyyətində deyil. Federal sərhədçilərin buraxılmaması barədə Texas Milli Qvardiyasına müvafiq göstəriş verilib.
 
Srağagün ştat qubernatorunun dəftərxanası rəsmi bəyanat dərc edərək, "ştatın özünümüdafiə hüququ" olduğunu bəyan edib və Vaşinqton mərkəzinə tabe olmamağa çağırış edib.
 
"Federal hökumət dövlət və ştat arasında müqaviləni pozur. ABŞ icra hakimiyyətinin indi gündəlikdə olan ştat əhalisini immiqrasiya qanunvericiliyi də daxil olmaqla müdafiə edən  federal qanunlara riayət edilməsinə zəmanət verməsi onun Konstitusiya hüququdur. 
 
Prezident Bayden nəinki bu qanunlara riayət edilməsini təmin etməkdən imtina edib, onun özü bu qanunları pozmağa başlayıb. Nəticədə qeyri-leqal miqrasiyanın həcmləri üzrə yeni rekordlar əldə edilib", - bəyanatda deyilir.
 
"Vergi ödəyicilərinin pullarını Texasın sərhəd infrastrukturunun dağılmasına xərcləyərək, prezident Bayden qeyri-leqal immiqrantları bu ştatın cənub sərhədləri boyuca 28 qanuni giriş məntəqələrindən, heç kimin batmadığı körpülərdən Rio-Qrandenin təhlükəli sularına qərq edib.
 
Baydenin qanunazidd sərhəd siyasəti ucbatından cəmi üç il ərzində 6 milyondan artıq qeyri-leqal immiqrant bizim cənub sərhəddimizi keçib. Bu, ölkənin 33 müxtəlif ştatının əhalisinin sayından çoxdur. Ştatları müdafiə etməkdən imtina edilməsi Birləşmiş Ştatların bütün ərazisində insanlara misli görünməmiş zərər vurub", - Ebbot şərh edib.
 
Yaranmış vəziyyətlə bağlı qubernator elan edib ki, Texas "özünümüdafiə hüququnu özündə saxlayır". O, ABŞ Konstitusiyasının iki maddəsinə istinad edib. 
 
Əvvəlcə 4-cü maddənin 4-cü bəndinə görə, hökumət hər bir ştatı müdaxilədən müdafiə etməyə borcludur. 
 
Hökumətin konstitusiya öhdəliyini pozduğu barədə məlumat verərək, o, 1-ci maddənin 10-cu bəndini tətbiq edib, burada deyilir ki, ştat müdaxilə edildikdə və ya buna təhlükə olduqda özünümüdafiə hüququna malikdir.
 
Miqrantlar axınını Amerika Konstitusiyasında xatırlanan və ayrı-ayrı ştatlara özünümüdafiə hüququ verən "müdaxilə" kimi qiymətləndirməyin mümkün olması aydın deyil. Böyük ehtimalla, xaricdən hərbi müdaxilə nəzərdə tutulur.
 
Lakin Ebbot qətiyyətli ovqatdadır. Ona artıq Meksika ilə həmsərhəd olan əksəriyyət ştatlar dəstək verib. 21 ştatın hakimiyyəti Texas siyasətinə dəstəyini ifadə edib.
 
"Bizə kifayət edər. Baydenin öz işini icra etməkdən imtina etməsi səbəbindən cənub sərhəddi böhran vəziyyətindədir. Qreq Ebbotu və Texas ştatını dəstəkləyirik", - bunu "X" sosial şəbəkəsində Corciya ştatının qubernatoru Brayyan Kemp yazıb.
 
Belə dəstəyi və qətiyyətli addımlar atılmasını Florida, Oklahoma, Mussuri, Cənubi Dakota, Virciniya və digər ştatlar da ifadə edib.
 
Florida ştatının qubernatoru Ron Desantis elan edib ki, Texas qanuna əməl edir, Bayden isə onu pozur və texaslılara yardım üçün Floridanının post-patrul xidmətinin bölmələrini göndərib.
 
Beləliklə, hazırda hüquq-mühafizə orqanları məhkəmənin tikanlı məftilləri sökmək barədə qərarını icra etməli olan federal sərhədçilərə qarşı dayanıb. Texasın Milli Qvardiyası "federalları" sərhəddə buraxmır və məsələ Baydenin respublika ştatları ilə savaşmağa qərar verməsindədir.
 
Nəzəri cəhətdən ştatlardakı milli qvardiya ali hakumiyyətə-prezidentə və ya müdafiə nazirinə, - əgər onlar idarəçiliyi öz üzərinə götürməyi lazım bilsələr, - tabe olmalıdır. 
 
Doğrudur, sonuncu dəfə belə hal 1957-ci ildə baş verib, o zaman Eyzenhauer Arkanzas ştatında milli qvardiyanın komandanlığını "ələ keçirib", çünki ştat hakimiyyəti Ali Məhkəmənin ağ və qaradərililərin birgə məktəb təlimi barədə qərarını icra etməkdən imtina edib.
 
Lakin hazırda seçkiöncəki ildir, Co Baydenin reytinqi onsuz da yüksək deyil (son rəy sorğularına görə təxminən 38 faizdir), həm də Vaşinqtonun cənub ştatları ilə savaşmağa ciddi surətdə qərar verəcəyi tədqirdə yerlərdəki milli qvardiyanın ona və ya "xərçəng xəstəsi" olan Lloyd Ostinə tabe olacağı məsələsi açıq qalır.
 
Sosial şəbəkələrdə 19-cu əsrdə ABŞ-da vətəndaş müharibəsi zamanları ilə cənub ştatları Konfederasiyası arasında paralellər aparılır. 
 
Vəziyyət həqiqətən oxşardır, lakin zaman ciddi şəkildə dəyişib, əgər o zaman quldarlığın ləğv edilməsi üçün zəminlər zamanın tələbi olubsa, indi vəziyyət tam əksinədir.
 
Durmadan artan qlobalizm və solçulara xas olan həm fiziki, həm də mədəni "sərhədləri ləğv etmək" ehtirası ABŞ sakinləri üçün çoxsaylı problemlər yaradır.
 
Əgər ötən ilin sentyabinda amerikalıların 55 faizi miqrasiya siyasətinin sərtləşdirilməsinin zəruri olduğunu hesab edirdisə, hazırda son sorğulra görə bu rəqəm 63 faizə yüksəlib.
 
Bir il öncə amerikalıların 48 faizi qeyri-leqalları öz məhəllələrində müvəqqəti olaraq yerləşdirilməsinin əleyhinə olubsa, hazırda belələri 55 faiz təşkil edir.
 
Beləliklə, həm beynəlxalq, həm daxili çoxsaylı  problemləri olan Bayden administrasiyası çətin ki, seçkilərədək bir yığın ştatlarla vətəndaş savaşına sövq edə biləcək açıq mübarizəyə girişsin.
 
Əgər payızda amerikalılar respublikaçı administrasiyanı seçərsə (bu, daha çox ehtimal ediləndir), məsələ özü-özlüyündə aradan götürüləcək.
 
Əgər daha dörd il müddətinə hakimiyyətdə hasarların tamamilə aradan qaldırılmasına təkid edən demokratlar qalacaqsa, vəziyyət həqiqətən kəskinləşə bilər.
Link kopyalandı!
Son xəbərlər