Tarixin ən böyük piratı qadın olub – Maraqlı faktlar + FOTO
Ekskluziv
3594
23 Jan 2024 | 18:04

Tarixin ən böyük piratı qadın olub – Maraqlı faktlar + FOTO

Piratlıq deyiləndə təbii olaraq ağla kişilər gəlir. Hətta gəmidə qadının olması belə, dənizçilər üçün uğursuzluq sayılır. Ancaq tarixin ən böyük dəniz quldurlarından biri, hətta ekipaj sayı və təsir gücü baxımından ən böyük piratı qadın olub.

 

Moderator.az Zheng Yi Sao adlı həmin pirat qadın haqqında maraqlı məlumatları təqdim edir

 

Zheng Yi Sao 1775-ci ildə Çinin Quandun əyalətində anadan olub. Onun əsl adı Xiang Qu olub. Yüngül həyat tərzi keçirən qadın Zheng Yi adlı piratın dəstəsi tərəfindən qaçırılır. Zheng Yi Qunun gözəlliyinə heyran olaraq onunla evlənir. Ərinin ölümündən sonra Quya Zheng Yi Sao (Yinin dul arvadı) adı verilir. Həyat yoldaşı vəfat edəndə donanmada böyük boşluq yarandığı üçün Zheng Yi Sao kimi 400 böyük və kiçik gəmiyə komandanlıq etməyə başlayır. O, Zhang Bao adlı ağıllı dənizçini kapitan təyin edərək siyasi əhəmiyyətli addım atır. Yi Sao tez bir zamanda 70 min nəfərlik birliyi (ekipajın arvadları və uşaqlarını) ələ keçirir. 

Zheng Yi Sao.jpg

Çinlilər hökuməti ələ keçirən qadın piratla mübarizə aparmaq üçün ingilislərdən kömək istəyir və Merkuri adlı ağır döyüş gəmiləri alır. Ancaq bu gəmilər də pirat qadının fəaliyyətini dayandıra bilmir. İngilis texnikasının səmərəsiz olduğunu görən çinlilər dəniz müharibəsində ən böyük güclərdən biri olan Portuqaliyadan onlar üçün döyüşməyi xahiş edirlər. Portuqallar mühasirə əməliyyatı keçirsələr də, Yi Saonu məhv etməyə müvəffəq olmurlar. 

 

Hökumətin hər bir uğursuz addımı pirat qadının daha da güclənməsinə səbəb olur. Yi Saonun komandası xalqa zülm etmir, əksinə kəndlilərin vergisiz ticarətlə məşğul olaraq varlanmasını təmin edir. Mərkəzi hökumətdən fərqli olaraq, xalqa daha çox faydalı olur. Pirat qadın ekipaj üzvlərindən heç birinə cinayət törətməyə imkan vermir və qaydaları pozanları ciddi məhkəmə prosesləri gözləyirdi. 

Çin korsanları 3.jpg

Çin hökuməti Yi Saonun süqutunu gətirə bilməsə də, onun kapitanlarından biri olan Quo Po Dainin üsyanı tarixdəki ən böyük pirat donanmasının dağılmasına səbəb olur. Zheng Yi Sao ekipajının məhvindən sonra üsyanın böyüməsinin qarşısını almaq üçün çox strateji bir addım atır. O, mərkəzi hökumətlə razılaşaraq donanmasını Çin ordusuna birləşdirir. Bu yolla o, dəniz admiralı və azad qadına çevrilir. Razılaşmaya görə, bütün xəzinələr Yi Saoda qalır və onun ekipajı orduda əlahiddə olur. 

Korsanlarla savaş.jpg

Ən böyük pirat qadın kimi tarixə düşən Yi Sao kapitanı və keçmiş həyat yoldaşının övladlığa götürdüyü oğlu Zhang Bao ilə evlənərək mülki həyata qayıdır. O, fahişəxana açaraq köhnə peşəsi ilə məşğul olmağa başlayır. O, 69 yaşında naməlum səbəbdən dünyasını dəyişir.

Çin korsanları 2.jpgÇin korsanları.jpg

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər