Ekskluziv
2804
21 Jan 2024 | 15:04

"Böyük Britaniya raketləri əvəz edəcək ən yeni lazer silahını sınaqdan keçirib" - "The Times"

"Bu qabaqcıl silah növü bahalı döyüş sursatlarından asılılığı, habelə yanaşı zərər riskini azaltmaqla döyüş meydanında inqilab edə bilər..."
 
"Əjdaha alovu"nun bir atəşinin dəyəri 10 funt sterlinqdən azdır, Qırmızı dənizdə husilərin dronlarını məhv edən raketin dəyəri isə təxminən bir milyon funt sterlinqdir..."
 
"Bu "inqilabi" silah bir km məsafədən sikkəni hədəfə ala bilir..."
 
Britaniyalı hərbçilər "Dragon Fire" ("Əjdaha alovu") uzaq mənzilli ən yeni energetik silahı sınaqdan keçirib. Sınaqlar Şotlandiyanın "Hebrid" poliqonunda keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat verib.
 
Məlumatda deyilir ki, lazer müxtəlif mövqe və bir neçə km məsafədən yaxınlaşan dronları məhv edib.
 
Böyük Britaniya Müdafiə Nazirliyi məlumat verib ki,  sınaqlar uğurla keçib və kompleks "istənilən görünən hədəfi" məhv edə bilər.
 
Nazirlik iddia edir ki, sustem o qədər dəqiqdir ki, bir km məsafədən sikkəni hədəfə ala bilir.
 
"Əjdaha alovu"nun bir atəşinin dəyəri 10 funt sterlinqdən azdır. 
 
Müqayisə üçün deyək ki, Britaniyanın "Daymond" eskadra mina gəmisinin Qırmızı dənizdə husilərin pilotsuz uçuş aparatlarını məhv edən raketinin dəyəri təxminən bir milyon funt sterlinqdir.
Bu zaman britaniyalı hərbçilər iddia edir ki, 10 saniyəyə ayrılan istilik adi qızdırıcının bir saat ərzində istifadə edilməsi zamanı ayrılan istiliyə bərabərdir.
 
Böyük Britaniya müdafiə naziri Qrant Şeppsin sözlərinə görə, bu qabaqcıl silah növü bahalı döyüş sursatlarından asılılığı, habelə yanaşı zərər riskini azaltmaqla döyüş meydanında inqilab edə bilər.
 
Lazer silahının işlənib hazırlanması hərbi münaqişələrdə raketlərlə vurulması baha başa gələn pilotsuz uçuş aparatlarının getdikcə artan istifadəsinin fonunda baş verir, BBC qeyd edir.
 
ABŞ Hərbi-Dəniz Qüvvələri lazer sistemlərini artıq bir neçə eskadra mina gəmisində yerləşdirib, lakin onların döyüşdə tətbiq edilməsi barədə hələlik məlumat verilməyib.
 
İsrail də ən yeni lazer silahının yaradılması yolunda uğurla irəliləyir. "Magen or" ("İşıq qalxanı") lazer silahının ilk sınaqları 2022-ci ilin aprelində keçirilib.
 
2023-cü ilin mayında sistemin istehsalçısı olan "Rafael" konserni bəyan edib ki, silahın işlənib hazırlanması final mərhələsindədir.
Link kopyalandı!
Son xəbərlər