Ekskluziv
2894
21 Jan 2024 | 14:19

"HƏMAS-ın yaradılmasını İsrail maliyyələşdirib" - Jozep Borrel

"Təl-Əviv bununla o zamankı Fələstin administrasiyasını zəiflətməyə cəhd edib..."
 
"Regionda münaqişənin dinc yolla həllinin yeganə yolu ayrıca Fələstin dövlətinin yaradılmasıdır..."
 
Borrel HƏMAS-la bağlı gözlənilməz bəyanat verib
 
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi Jozep Borrel İsraili Fələstinin HƏMAS terror qruplaşmasının yaradılmasını maliyyələşdirməkdə ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Borrel bu barədə İspaniyada Valyadolid Universitetində çıxışında deyib.
 
Diplomat uzah edib ki, bununla Təl-Əviv Fələstin Azadlıq Təşkilatı başda olmaqla o zamankı Fələstin administrasiyasını zəiflətməyə cəhd edib.
 
Borrelin fikrincə, regionda münaqişənin dinc yolla həllinin yeganə yolu ayrıca Fələstin dövlətinin yaradılmasıdır, lakin "İsrail neqativ varianta təkid edir".
 
"Biz inanırıq ki, yalnız iki dövlətin kənardan qəbul edilməklə yaradılması barədə qərar sülhə gətirib  çıxaracaq, hərçənd, İsrail neqativə təkid edir", - o, vurğulayıb.
 
Məlum olduğu kimi, İsrail hakimiyyətinin əleyhdarları və dünyanın bəzi KİV-ləri artıq çoxdandır ki, Təl-Əvivi HƏMAS-a dəstək verməkdə ittiham edir. 
 
Eyni zamanda, İsrail baş naziri Binyamin Netanyahu dəfələrlə bu ittihamları rədd edib.
 
İsrailin HƏMAS-a qarşı savaşı-son xəbərlər
 
Bundan öncə İsrail Müdafiə Ordusu məlumat verib ki, Qəzzanın şimalında döyüşlərin əsas fazası başa çatıb, indi növbə mərkəz və cənubundur.
 
İsrail Müdafiə Ordusu dəqiqləşdirib ki, hərbçilər Qəzza bölgəsinin şimalında HƏMAS-ın hərbi strukturunu demontaj edib".
 
Bu arada isə Haaqada BMT Beynəlxalq Məhkəməsində İsrailə qarşı dinləmələr başlayıb. İddiaçı İsraili fələstinlilərə qarşı soyqırımda ittiham edən Cənubi Afrika Respublikasıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər