Bizi sosial şəbəkələrdən izləyin:
32 ildən sonra doğma Laçının təbii gözəllikləri ilə yenidən qurulan, abadlaşan, bəzədilən şəhərin füsunkarlığı ilə qovuşan panoramasını, mənzərələrini əyani şəkildə, yəni öz gözünlə gördükdən sonra yaşanan hissləri, duyğuları təsvir etmək qeyri-mümkündür... Sevinc, şadlıq duyğuları 3 onilliyin həsrəti, kədəri, öz torpağında, yenidən qurulan şəhərində olmaqdan duyduğun qürur, şərəf hissi ilə bu müddət ərzində itirilənlərin ağrısı, əzabı, qəmi ilə çuğlaşanda insan təsəvvüredilməz dərəcədə bambaşqa bir hala düşür...
Cənnətməkan yeni Laçına səfərimizlə bağlı Moderator.az üçün hazırladığımız reportaj, müsahibə və digər materiallarla yaxın müddətdə tanış ola bilərsiniz.
Moderator.az-ı izləyin!..
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, cansağlığı versin!..
Sultan Laçın