Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti, sevilən sənətkar Elmira Rəhimova bir neçə gün öncə dünyasını dəyişən əməkdar artist Aygün Bəylərdən danışıb. Mətbuata açıqlama verməkdən imtina edən illərin sənətkarı hər zaman olduğu kimi yenə də fikirlərini Moderator.az əməkdaşı ilə bölüşüb.
"Onun ölümünə çox pis oldum. Balaca bir övladı da var. Azərbaycana bir də belə səs 100 ildən sonra gələcək. Bəlkə də gəlməyəcək. Əfsuslar olsun ki, bəzi dövlət işçiləri unudurlar ki, kim nəyə layiqdir. Sənətkara qiyməti vaxtında vermək lazımdır" deyə Elmira Rəhimova deyib.