ABŞ elitasında pedofillər barədə
2483
05 Jan 2024 | 22:52

ABŞ elitasında pedofillər barədə "Epşteyn faylları" dünyanı şoka salıb...

"Şahzadə Endrü Ceffri Epşteynin şəxsi adasında həddi-buluğa çatmayan qızlarla eyş-işrət məclisləri təşkil edib..."
 
"Dünyasını dəyişən milyardçı Ceffri Epşteyn öz qardaşına məlumat verib ki, əgər siyasətçilər haqqında bildiklərini ona danışarsa, ABŞ-da seçkiləri ləğv etmək lazım gələcək..."
 
Amerikalı maliyyəçi-pedofil Ceffri Epşteynin işində yeni soyadlar üzrə çıxıb. Sənədlərdə ABŞ-ın sabiq prezidentləri Klinton və Trampın adları da xatırlanır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
 
Nyu-York ştatının Cənub Daurəsinin Federal Məhkəməsi seksual xidmətlər ticarətində və həddi-buluğa çatmayanlarla əlaqədə ittiham edilən amerikalı maliyyəçi Cefrri Epşteynin işində 150-dən çox adamın adı hallanan sənədlərin birinci hissəsini dərc edib.
 
Yüzlərlə məhkəmə sənədləri dairə hakimi Loretta Preskanın əmri ilə açıqlanıb, məhkəmənin nümayəndəsi bəyan edib ki, yanvarın 1-dən bu sənədlər müntəzəm olaraq açıqlanacaq.
 
ABŞ-da üzə çıxan məhkəmə sənədlərində Ceffri Epşteynlə əlaqəli olan onlarla məşhur adamların şəxsiyyəti bəlli olub. Epşteyn 2019-cu ildə həbsxana kamerasında intihar edib.
"Epşteyn faylları" adlanan məxfi sənədlər Ceffri Epşteynin rəfiqəsi Qisleyn Maksvellə qarşı qaldırılan böhtanla bağlı cinayət işinin bir hissəsidir. 
 
Hazırda Qisleyn Maksvell seksual istismar məqsədilə Ceffri Epşteynə həddi-buluğa çatmayan qızlar təşkil etdiyinə görə 20 illik həbs cəzasını çəkir. Epşteynin özü 2019-cu ildə həbsxana kamerasında ölü tapılıb.
 
Qisleyni hazırda Virciniya Cuffre kimi tanınan Virciniya Roberts məhkəməyə verib. O, iddia edir ki, 2001-ci ildə 17 yaşında o, üç dəfə York hersoqu və kral Çarlzın kiçik qardaşı  şahzadə Endrü ilə seksə məcbur edilib . Endrünün özü bunu qəti şəkildə inkar edir.
 
Şahzadə Endrü "Ceffri Epşteynin şəxsi adasında həddi-buluğa çatmayan qızlarla eyş-işrət məclisləri təşkil edib, qızlara "onun bütün istəklərini icra etmək" tapşırılıb. Bu barədə sensasiyalı məhkəmə sənədlərində iddia edilir. Burada həmçinin Maykl Cekson, Naomi Kempbell, Devid Kopperfild və bir çox başqalarının adları xatırlanır.
Şahzadə Endrü 2022-ci ildə Virciniya Cuffre tərəfindən qaldırılan çoxmilyonlu cinayət işini nizama saldıqdan bir ildən bir qədər artıq müddətdən sonra yenidən seksual qalmaqala cəlb olunub.
 
Sənədlərdə deyilir ki, ABŞ-ın sabiq prezidenti Bill Klinton "gənc qızları xoşlayır" və iddia edilir ki, hətta professor Stiven Hokinq də seksual gecədə iştirak edib.
 
Bu gün aydın olub ki, Epşteynin güman edilən və Ceyn Dou 3 kimi tanınan seksual qullarından biri bəyan edib ki, ona Epşteynin ABŞ-ın Vircin adalarındakı Littl-Sent-Ceyms adasında eyş-işrət məclisi zamanı şahzadə Endrü ilə cinsi əlaqəyə girmək tapşırılıb.
 
2014-cü ilin məhkəmə sənədində deyilir ki, o, "üç coğrafi nöqtələrdə həddi-buluğa çatmayan yaşında bu şahzadə ilə seksual münasibətlərə girməyə məcbur edilib". O, iddia edir ki, bu, Londonda Qisleyn Maksvellin mənzilində, Nyu-Yorkda və ABŞ-ın Vircin adalarında Epşteynin şəxsi adasında baş verib.
Epşteynin ortaqları, dostları və ya qurbanları olan 150-dən çox adamın adları Amerika məhkəməsinin ötən ay qəbul etdiyi qərarı ilə açıqlanacaq. 900-dən çox səhifəlik sənədlərdə şahzadə Endrünün adı 69 dəfə hallanır.
 
Tramp və Epşteyn müntəzəm olaraq ünsiyyətdə olub, sənədlərdə iddia edilir. Ceffri həmçinin bir çox məşhur adamlar və siyasətçilərlə ünsiyyətdə olub.
 
Qisleyn Maksvellin özü məhkəmədə bəyan edib ki, şahzadə Endrü yalnız bir dəfə Ceffrinin adasını ziyarət edib.
 
Şahzadə Endrü hazırda Kral ailəsinin həyatında iştirak edir və özünün sabiq həyat yoldaşı Sara "Ferqi" Ferqyusonla şəhərətrafı malikanədə yaşayır. O, hər-hansı qanun pozuntusuna yol verdiyini qəti şəkildə inkar edir.
 
Bill Klintona gəldikdə, o, 2019-cu ildə bəyan edib ki, "Ceffri Epşteynin özünü təqsirli bildiyi dəhşətli cinayətlər haqqında ona heç nə bəlli deyil" və məlumat verib ki, o, 10 ilə yaxındır ki, onunla ünsiyyətdə olmayıb.
 
Məhkəmə sənədlərində həmçinin El Qor, Kevin Speysi, Leonardo Di Kaprio, Keyt Blanşett, Naomi Kempbell, Kemeron Dias və Bryus Uillis kimi tanınmış şəxslərin adları xatırlanır.
 
Onlardan heç biri Epşteynin cinayətlərində əlaqəli olduqlarında ittiham edilməyib, lakin Epşteyn onların adlarını açıqlayıb, bu barədə Cuffrenin vəkili Yohanna Syoberq bəyan edib.
 
Sənədlərdə həmçinin amerikalı biznesmen-milyardçı Tom Prittsker, Ceffri Epşteynin sabiq vəkili və hüquq professoru Alan Derşoviç, model agenti Jan-Lyuk Bryunel, İsrailin sabiq baş naziri, hətta ulduz müharibələrinin rejissoru Corc Lukasın adları da xatırlanır. Hərçənd, Lukasın adı yalnız bir dəfə xatırlanır və o, qanunazidd əməllərdə şübhəli bilinməyib.
 
Xatırladaq ki, Epşteynin ABŞ-ın Nyu-Meksiko ştatındakı həddi-buluğa çatmayan qızlarla eyş-işrət gecələri təşkil etdiyi rançosu iki ildən sonra daşınmaz əmlak bazarında məxfi alıcıya satılıb. "Ranço Zorro" əvvəlcə 27 milyon dollara satılıb, 2022-ci ilin noyabrında rançonun qiyməti 9, 5 milyon dollar aşağı salınıb, lakin nəticədə hansı məbləğə satıldığı bəlli deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər