23:04
16°C
Bakı
Avstraliyada 45 illik kilsə stajı olan xristian din xadimi İslamı qəbul etmək qərarı ilə kilsə cameəsini təəccübləndirib.
Moderator.az xəbər verir ki, "MuslimTelegraph"ın yaydığı məlumata görə, Melburndakı Müqəddəs Xaç pravoslav kilsəsinin yaşlı baş keşişi Quld Devid həyatını dini xidmətə həsr edib və cəmiyyətdə hörmətli din xadiminə çevrilib.
Demək olar ki, yarım əsr kilsədə xidmət etdikdən sonra Devid İslamla maraqlanmağa başladı, Quranı öyrənib və bu prosesdə o, tamamilə müsəlman inancını bölüşdüyünü müəyyən edib. Nəticədə o, İslamı qəbul edib və yeni bir ad alıb - Əbdürrəhman. Avstraliyalının uzun illər rəhbərlik etdiyi kilsənin camaatı keşişlərindəki metamorfozalara heyran qalır və bu hadisəni maraqla müzakirə edirlər...
S.Laçın