Qarabağ qazisi:
1904
21 Dec 2023 | 15:39

Qarabağ qazisi: "Şəhidlərimizin ruhu indi şaddır"

Hazırda Xankəndidə "Qarabağ" və MOİK arasında Azərbaycan kubokunun final mərhələsinin oyunu keçirilir. Tarixi günə şahidlik edirik. 
 
Azərkeşlər arasında Birinci və İkinci Qarabağ döyüşçülərinin iştirakçısı və qazisi Vidadi Ağagülov da var. O, Moderator.az-a açıqlamasında bildirdi ki, tarixi günlərə şahidlik etmək qürurvericidir:
 
"Azərbaycan xalqını təbrik edirəm, axır ki, ata-babalarımızın yurduna qayıtdıq. Xan kəndinə qayıtdı. Deyirlər insan böyüyür, beşikdə məzarda yatmaq üçün, qəhrəmanlar can verib yurdu yaşatmaq üçün. Bu gün bizim belə gözəl, möhtəşəm stadiomumuzda Azərbaycanın futbol  komandası oynayır. Bizim üçün burada olmaq, maçı izləmək böyük bir şərəfdir. Ali Baş Komandanımız da gəlib xalqı təbrik etdi. Çox şadam ki, şəhidlərimizin ruhları da bu mənzərəni görünüb sevinir. Bu sevincimizi şəhidlərimiz də yuxardan izləyir. Onların ruhları da indi şaddır. Onlar bu vətən üçün canından keçib, bu günümüz üçün canlarını qurban veriblər.
 
Qələbə bundan sonra əbədi olacaq. Qoy hər kəs eşitsin -bilsin ən böyük qələbə Azərbaycan xalqının qələbəsidir. 
Mən komandamıza dünya futbol meydanında öz güclərini, məharətlərini göstərməyi arzu edirəm. Azərbaycanın bayrağını dalğalandırsınlar. Təşkilatçılara, iştirakçılara da təşəkkür edirəm. Gözəl oyun gedir, Xankəndində bu oyunu  izləməyə dəyər".
Link kopyalandı!
Son xəbərlər