Rusiyadan almaz və sıxılmış qaza
1887
19 Dec 2023 | 16:45

Rusiyadan almaz və sıxılmış qaza "qırmızı işıq": Aİ 12-ci sanksiyalar paketini qəbul etdi

 
"Bizim Ukraynaya sədaqətimiz sarsılmazdır və onun azadlıq və suverenlik uğrunda mübarizəsinə dəstək verməkdə davam edəcəyik..."
 
"Fiziki şəxslərə qarşı daha çox sanksiyalar tətbiq edilir, Rusiya almazına qadağa qoyulur  və Rusiya neftinin qiymətinə məhdudiyyətlərdən yan keçməyin qarşısı alınır..."
 
Avropa İttifaqı Rusiyaya qarşı onun hərbi potensialı və iqtisadi imkanlarının məhdudlaşdırılmasına yönələn 12-ci sanksiyalar paketini qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat verib. Məlumatı "vedomosti.ru" nəşri yayıb.
 
"12-ci sanksiyalar paketində biz Rusiyanın hərb maşınını daha da zəiflədəcək yeni siyahılar və iqtisadi tədbirlərin güclü toplusunu təklif edirik.
 
Bizim ismarıcımız aydındır: bizim Ukraynaya sadiqliyimiz sarsılmazdır və onun azadlıq və suverenlik uğrunda mübarizəsinə dəstək verməkdə davam edəcəyik", - bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrel bəyan edib.
 
Rusiya almazına qadağa
 
Avropa İttifaqı (Aİ) Rusiyadan almazın birbaşa və ya dolayısı ilə idxalı, alınması və ya ötürülməsinə qadağa tətbiq edir. Bu qadağa Rusiya mənşəli, Rusiyadan ixrac edilən, Rusiyadan tranzitlə keçən və üçüncü ölkələrdə emal edilən almaza şamil edilir.
 
Birbaşa qadağa 2024-cü il yanvarın 1-dən qeyri-texniki təbii və sintetik almaza, həmçinin brilliantlı zərgər məmulatlarına şamil edilir.  Rusiyadan çıxan almaz idxalına dolayı qadağalar mərhələlərlə 2024-cü il martın 1-dən 2024-cü il sentyabrın 1-dək tətbiq ediləcək.
 
Müdafiə sektoruna sanksiyalar
 
Aİ Rusiyanın hərbi sistemlərində istifadə edilən həssas mallar və texnologiyaların Rusiyaya yenidən ixrac edilməsinə qadağa qoyur. Bu, o cümlədən aviasiya malları və silahına aiddir.
 
Bundan başqa, Avropa İttifaqı sanksiyalar siyahəsına Rusiya hərbi-sənaye kompleksinə bilavasitə dəstək verən 29 yeni subyekti əlavə edib.
 
"Bu 29 təşkilatın bəziləri  ticarət məhdudiyyətlərdən yan keçilməsində iştirak edən üçüncü ökələrə məxsusdur və ya Rusiyanın hərbi-sənaye kompleksi üçün elektron komponentlərin işlənib hazırlanması, istehsalı və tədarükündə iştirak edən Rusiya təşkilatlarıdır", - məlumatda deyilir.
 
Aİ həmçinin Rusiyanın müdafiə sektoru və təhlükəsizliyinin texnoloji təkmilləşdirilməsinə kömək edə biləcək qadağan edilmiş malların siyahısını genişləndirib. Bunlara o cümlədən kimyəvi maddələr, litium batareyaları, termostatlar, daimi cərəyan mühərrikləri və PUA-lar üçün mühərriklər aiddir.
 
Mallara məhdudiyyətlər
 
Aİ həmçinin xüsusi gəlir gətirən, bununla da Ukraynaya qarşı təcavüzkar müharibəni davam etməyə imkan verən ümumi dəyəri saatda 2, 2 milyard avro olan çuqun, mis və alüminium naqilləri, folqa, borular və borucuqlar kimi malların idxalına əlavə məhdudiyyət tətbiq edib.
 
Bundan başqa,12 aylıq keçid dövrü olmaqla sıxılmış propan qazının idxalına qadağa tətbiq edilir.
 
Sanksiyalar paketində həmçinin nəzarətin gücləndirilməsi və Rusiyaya qarşı sanksiyalardan yan keçilməsinin qarşısının alınması nəzərdə tutulub.
 
Rusiya ərazisindən döyüş mallarının tranzinitinə qadağa genişlənir, bu, son təyinatından asılı olmayaraq, bütün döyüş mallarına aiddir.
 
Rusiya neftinin qiymətinə məhdudiyyətlərə riayət edilməsi
 
Aİ Şurası Rusiya neftinə qiymət limitinin tətbiq edilməsinə dəstək üçün daha sərt qaydalar qəbul edib. 
 
Məlumatlar mübadiləsinin gücləndirilmiş mexanizmi aldadıcı hərəkətlər həyata keçirən gəmiləri və təşkilatları daha yaxşı müəyyən etməyə imkan verəcək.
 
Tankerlərin istənilən üçüncü ölkəyə satışı barədə xəbərdarlıq edilməsi qaydaları tətbiq edilir. Bu tədbir Rusiya nefti, neft məhsullarının alınmasına qadağadan yan keçmək üçün istifadə edilə biləcək tankerlərin satışının şəffaflığına və ya Rusiya mənşəli neftin qiymətinə məhdudiyyətlərə yönəlib.
 
Fərdi sanksiyalar
 
140-dan artıq fiziki və hüquqi şəxslərin aktivləri dondurulacaq.
 
Bu, Rusiyanın hərbi sənaye və özəl hərbi şirkətlər də daxil olmaqla subyektlərini əhatə edir. Buraya həmçinin İT-bölməsi, habelə iqtisadiyyatın digər mühüm subyektləri daxildir.
 
Bu tədbirlər həmçinin Ukraynanın Rusiya tərəfindən işğal edilən ərazilərində üzdəniraq "seçkiləri" təşkil edənlərə və Ukrayna uşaqlarının zorən "yenidən tərbiyələndirilməsinə" görə məsuliyyət daşıyan şəxslərə, habelə Rusiyanın Ukraynaya qarşı qəsbkarlıq müharibəsinə dəstək olaraq dezinformasiya yayan və ya təbliğat aparan şəxslərinə qarşı yönəlib.
 
Yeni sanksiyalar paketi - bəlli olanlar
 
Noyabrın 13-də Jozep Borrel məlumat verib ki, Rusiyaya qarşı 12-ci sanksiyalar paketi üzərində iş başa çatır. Rusiyaya qarşı  məhdudiyyət tədbirləri həm fərdi, həm də iqtisadi və sektorlar üzrə olacaq.
 
Borrel dəqiqləşdirib ki, o cümlədən daha çox fiziki şəxslərə qarşı sanksiyalar, Rusiya ixracına, o cümlədən Rusiya almazına yeni qadağalar tətbiq ediləcək.
 
Rusiyanın gəlirlərinin azaldılması üçün neftin qiymətinin son həddi sərtləşdiriləcək, habelə əvvəllər tətbiq edilən sanksiyalardan yan keçilməsinə qarşı yeni tədbirlər tətbiq ediləcək.
 
Noyabrın 15-də bəlli olub ki, Aİ üzv ölkələrinin dövlət və hökumət başçıları Rusiyaya qarşı 12-ci sanksiyalar paketini razılaşdırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər