2034
16 Dec 2023 | 15:35

"Qərbin yardımı olmadan Ukrayna Rusiya ilə müharibədə yayadək məğlub ola bilər" - CNN

 
"Bizimlə uğur qazanmağa heç bir zəmanət yoxdur, amma biz olmadan onlar uğursuzluğa düçar olacaq..."
 
"Rusiya ABŞ və Qərbin dəstəyinin azalacağına, sülh danışıqlarının imitasiyasına bel bağlayaraq Ukraynada 2026-cı ilədək hərbi əməliyyatları davam etmək niyyətindədir..."
 
"Ukrayna qüvvələri artıq döyüş sursatlarına normalar müəyyən edir, çünki Rusiya cavab atəşlərini 5-7 dəfə artıq intensivliklə həyata keçirir..."
 
Qərb məmurları ehtiyat edir ki, əgər ABŞ Ukraynaya dəstəyi davam etdirə bilməzsə, Avropa ölkələri də onun ardınca gedəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı Amerika və Avropa məmurlarına istinadən yazıb.
 
ABŞ və Avropa İttifaqı əlavə yardım etməyəcəyi təqdirdə Ukraynanın Rusiya ilə müharibədə uğursuzluğa düçar olması tamamilə mümkündür.
 
"Bizimlə uğur qazanmağa heç bir zəmanət yoxdur, amma biz olmadan onlar, yəqin ki, uğursuzluğa düçar olacaq", - bunu ABŞ-ın yüksək rütbəli hərbi məmuru deyib.
 
"Əgər yeni ərazilərin qəsb edilməsi və əldə saxlanılması imkanını nəzərdən keçirsək, o zaman ABŞ-ın daimi dəstəyi olmadan necə uğur qazanmağı təsəvvür etmək çətindir", - Avropa diplomatlarından biri deyib.
 
Daha geniş mənada Qərb məmurları ehtiyat edir ki, ABŞ-ın dəstəyinin bundan sonra itirilməsi və ya lənğiməsi onların müttəfiqləri tərəfindən yardıma da təsir göstərəcək.
 
Bundan öncə Macarıstan Ukraynaya bundan sonra da Avropa İttifaqı tərəfindən yardımı əngəlləyib və bir çoxları ehtiyat edir ki, əgər ABŞ dəstəyi davam etdirə bilməzsə, Avropa ölkələri də onun ardınca gedəcək.
 
"Hazırda Qərbin xüsusi xidmət orqanları ABŞ və NATO olmadan Ukraynanın nə qədər tab gətirə biləcəyini hesablayır. ABŞ-ın bir yüksək rütbəli hərbi məmuru hesablayıb ki, bu, ən pis ssenari olaraq bir neçə ay çəkə bilər, yayda ciddi uğursuzluq və ya hətta məğlubiyyət baş verə bilər", - CNN yazıb.
 
Ukrayna qüvvələri artıq döyüş sursatlarına normalar müəyyən edir, çünki Rusiya qüvvələri cavab atəşlərini Ukrayna qüvvələrinə nisbətən 5-7 dəfə artıq intensivliklə həyata keçirir, Amerika və Avropanın rəsmi şəxsləri CNN-ə məlumat verib. 
 
Ukraynanın yüksək rütbəli hərbi məmuru CNN-ə məlumat verib ki, onların atəş gücünə təsir etməklə Ukrayna əlavə qurbanlar verib.
 
Nəşr qeyd edir ki, Qərb məmurlarının dəyərləndirmələrinə görə, ABŞ-ın əlavə yardımı olmadan Ukraynanın əvvəlcə uzaq mənzilli raketlər, sonra HHM raketləri, daha sonra artilleriya döyüş sursatları və yaxın mənzilli, məsələn, "Cavelin" səyyar tankəleyhinə və "Stinger" zenit raketlər ehtiyatı tükənəcək.
 
Döyüş sursatlarının hər bir kateqoriyası Ukraynanın müdafiəsi üçün həlledici əhəmiyyətə malikdir.
 
Uzaq mənzilli raketlər Rusiyanın Qara dəniz donanmasının sıxışdırılmasında, bununla da taxıl və başqa yüklər üçün nəqliyyat dəhlizinin açılmasında Ukraynanın uğur qazanmasında mərkəzi rol oynayıb.
 
HHM raketləri xüsusilə son həftələrdə əhəmiyyətli olub, çünki bu qış Rusiya mülki infrastruktura öz hücumlarını genişləndirib. 
 
Yaxın mənzilli raketlər Ukrayna qüvvələrinə Rusiyanın sayca özününkündən xeyli üstün olan tankları və təyyarələrindən qorunmağa imkan verib.
 
"Düşünmürəm ki, insanlar Ukraynanən süqutunun nə demək olacağını sonadək anlayır", - bunu CNN-ə avropalı diplomat deyib. 
 
"Biz etnik təmizləmə və Ukraynanın tamamilə dağıdılması kimi dəhşətli şeylərin şahidlıriyik. Buçada onların etdiklərini xatırlayın. Ona görə də bunun qarşısını almaqla uğur qazana bilırik. Məhz buna görə də biz bunu davam etdirməliyik".
 
Rusiya ilə müharibə - proqnozlar
 
Bundan öncə "Bild" nəşrinin hərbi analitiki Yulian Röpke kəşfiyyat mənbələrinə istinadən bəyan edib ki, Rusiya 2026-cı ilədək Ukraynada hərbi əməliyyatları davam etmək niyyətindədir.
 
Bu müddət ərzində Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin böyük hissəsini, o cümlədən vilayət mərkəzlərini zəbt etməyi planlaşdırır.
 
Bu zaman Rusiya hakimiyyəti Qərbin Ukraynaya dəstəyinin azalacağına, habelə sülh danışıqlarının imitasiyasına bel bağlayaraq, dünya birliyini Rusiyanın "dinc niyyətlərinə" inandırmaq istəyir.
 
Eyni zamanda Almaniyanın "Die Zeit" nəşri Ukraynanın Qərbin, xüsusilə ABŞ-ın kifayət qədər dəstəyi olmadan ağır qışın gözlədiyini proqnozlaşdırır. Bu yardım indi bir il öncəkindən 90 faiz aşağıdır.
Link kopyalandı!
Son xəbərlər