Bizi sosial şəbəkələrdən izləyin:
“Qarabağ separatçılarının tör-töküntüləri də bir araya gəlib bəyanatla çıxış ediblər ki, Qarabağa ermənilərin beynəlxalq təhlükəsizlikləri təmin olunmaqla geri dönüşü olmadan Azərbaycanla sülhə getmək olmaz. Ermənistan hakimiyyətinin isə döymədiyi qapı qalmayıb ki, Azərbaycana təzyiq olunsun, sülh sazişinin daha tez imzalanmasına yardım etsinlər deyə, dünyanın bəzi mərkəzlərində genişmiqyaslı iş aparılır.”
Bu fikirləri Türkiyənin Ərciyəz Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında “Bir ermənişünas alim kimi müşahidələriniz nə göstərir; Ermənistan əhalisinin, Qarabağdan köçənlər də daxil olmaqla, təxminən nə qədər hissəsi Azərbaycanla gerçəkdən sülh istəyir və sülhə hazırdır?” sualını cavablandırarkən söyləyib.
“İzlədiyim qədəri ilə Ermənistanda sülhə baxış fərqlidir. Elə siyasi qüvvələr var ki, Azərbaycanla hər hansı sazişin Ermənistanın milli maraqlarına uyğun olmadığını düşünürlər. Respublikaçılar partiyasının liderlərindən olan, parlamentin keçmiş sədr müavini Eduard Şarmazanov mənsub olduğu siyasi qurumun baxışını ifadə edərək Paşinyanın sülh imzalamasını, buna getməsini qəbul etməyəcəklərini və hakimiyyət dəyişikliyi halında ondan imtina edəcəklərini ifadə edir. Parlamentdəki "Şərəf duyuram" və “Hayastan” fraksiyaları da buna qarşı çıxırlar”,- deyə həmsöhbətimiz bildirib.
Şərhçi hesab edir ki, Ermənistan cəmiyyətini sülh meyillərindən uzaqlaşdıran əsas qüvvələr Qarabağdan İrəvana sığınmış separatçı-terrorçu rejimin tör-töküntüləri və ölkə daxilindəki digər revanşist qüvvələrdir.
“Qarabağ separatçılarının tör-töküntüləri də bir araya gəlib bəyanatla çıxış ediblər ki, Qarabağa ermənilərin beynəlxalq təhlükəsizlikləri təmin olunmaqla geri dönüşü olmadan Azərbaycanla sülhə getmək olmaz. Ermənistan hakimiyyətinin isə döymədiyi qapı qalmayıb ki, Azərbaycana təzyiq olunsun, sülh sazişinin daha tez imzalanmasına yardım etsinlər deyə, dünyanın bəzi mərkəzlərində genişmiqyaslı iş aparılır. Bir sözlə, müşahidələrim göstərir ki, Ermənistan cəmiyyəti sülhə hazır deyil. Paşinyan onu imzalasa belə, o hələ keçərli sənəd halına gətirilməyəcək”,- deyə ermənişünas alim vurğulayıb.
Sultan Laçın