Ekskluziv
1850
12 Dec 2023 | 16:32

"Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini razılaşdırmağa yaxındır" - "Reuters"

 
"Avropa İttifaqı ölkələri mövcud sanksiyalardan yan keçilməsini çətinləşdirməyə çalışır..."
 
"Rusiyanın qeyri-sənaye almazlarının idxalına qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək..." 
 
Avropa İttifaqı Rusiya şirkəti və ya vətəndaşının Avropa İttifaqının hüdudlarından kənara "vasaitlərin istənilən köçürülməsinin" mütləq sanksiyalaşdırılması təklifindən imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
 
Avropa İttifaqı ölkələri Rusiya mənşəli almazların tədarükünə qadağa qoyulması və Rusiya neftinin axınının dayandırılmasına yönələn yeni tədbirləri nəzərdə tutan Rusiyaya qarşı 12-ci  sanksiyalar paketinin razılaşdırılmasına yaxındır.
 
Məlumatda deyilir ki, yeni tədbirlərin ən çox hissəsinin Rusiyanın qeyri-sənaye almazlarına qadağanın olmasına rəğmən, Avropa İttifaqı ölkələri həmçinin mövcud sanksiyalardan, o cümlədən G7 tərəfindən neftin qiymətinə qoyulan məhdudiyyətlər də daxil olmaqla yan keçilməsini çətinləşdirməyə çalışır.
 
Sanksiyalar mətninə Rusiya neftinin müəyyən edilən həddindən aşağı qiymətə satılmasının necə sübut edilməsi ilə bağlı daha sərt tədbirlər daxildir, çünki son aylar sanksiyalara riayət edilməsi səviyyəsi aşağı düşüb. Eyni zamanda Rusiyanın üzdəniraq kölgə donanmasının artmasının qarşısının alınmasına yönələn bir mexanizm yumşaldılıb.
 
Söhbət ondan gedir ki, Avropa Komissiyası əvvəlcə Rusiyaya qiymət həddindən yan keçilməsi üçün istifadə edə bilən köhnə neft tankerlərinin Rusiyaya satışını qadağan etmək istəyib, lakin bu maddə götürülüb.
 
Mənbələrdən biri məlumat verib ki, güclü gəmi şirkətlərinə malik Aralıq dənizi ölkələri bu tədbirlərin onları əlverişsiz rəqabət vəziyyətinə salacağından narahatdır.
 
Avropa İttifaqı dövlətləri həmçinin Rusiyaya Avropa Komissiyasının gömrük kodları siyahısına daxil olan bütün malların təkrar ixtacına qadağa barədə müddəanı yenidən işləyib. 
 
Gözlənildiyi kimi, mallar siyahısı qısaldılıb, bu müddəanın icrasına nəzarət üçün Avropa İttifaqı şirkətləri kontragentlərlə müqavilələr imzalayacaq, həm də belə müqavilələrə keçid mərhələlər üzrə olacaq.
 
Bundan başqa, Avropa İttifaqı üzv ölkələri Rusiya şirkəti və ya vətəndaşının Avropa İttifaqının hüdudlarından kənara "vasaitlərin istənilən köçürülməsinin" mütləq sanksiyalaşdırılması təklifindən imtina edib. Layihəyə görə, bu qayda 100 min avrodan başlayan köçürmələrə şamil ediləcək.
 
Eyni zamanda Avropa İttifaqında indiyədək sanksiyalaşdırılmış malların şəxsi əşyalardan avtomobillərədək istifadə edilməsi üçün müsadirə edilməsi, habelə üzv-dövlətlər üçün sanksiyalardan çıxarılmasının ehtimal edilən davam etdirilməsi barədə müddəalar üzrə diskusiyalar aparılır.
 
Rusiyanın qeyri-sənaye almazlarının idxalına qadağa ötən həftə G7 liderlərinin müvafiq qərarından sonra artıq razılaşdırılıb və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməlidir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər