"Avropa vətəndaşları öz həyatlarından bütövlükdə məmnundur..."
"Eurostat"ın açıqladığı nəticələr subyektiv əmin-amanlıqla iqtisadi rifah halı arasında qarşılıqlı əlaqənin mürəkkəb oduğunu göstərib..."
Bolqarıstan Avropa İttifaqının ən "bədbəxt" ölkəsidir
Bolqarıstan ikinci ildir ki, Avropa İttifaqının ən "bədbəxt" ölkəsi hesab edilib. Almaniya onu bir qədər önləsə də, həmçinin reytinqdə aşağıda yer alıb.
Moderator.az xəbər verir ki, bu barədə "İndependent" nəşri "Eurostat"-a istinadən məlumat verib.
Avropa İttifaqının "Eurostat" Statistika Agentliyi Avstriyanı 27 ölkə arasında ən xoşbəxt ölkə kimi dəyərləndirib.
Agentliyin əməkdaşları bəyan edib ki, bu nəticələrin açıqlanması Avropa vətəndaşlarının subyektiv əmin-amanlığının meyllərinin əks etdirilməsinə yönəlib.
Bu zaman qeyd edilir ki, "Avropa vətəndaşları bir qayda olaraq öz həyatlarından bütövlükdə məmnundur", bu da 10 baldan orta hesabla 7, 1 balla əks edilib.
Həyatla qane olmamaq səviyyəsi meyarları arasında təhsilin səviyyəsi, ailə və maliyyə sabitliyi, asudə vaxt davranışı, sosiumda qarşılıqlı əlaqəni göstərmək olar.
Bolqarıstan 10 mümkün baldan 5, 6 bal toplayıb. Almaniya 6, 5 bal toplayıb. Ekspertlər iqtisadi problemlər və miqrasiya böhranını qeyd edib.
Almanlar həyatlarından o qədər də razı deyil, həyəcan və apatiyadan şikayətlənib.
Almaniya vətəndaşları iqtisadi vəziyyətdən və ölkələrinin siyasi və sosial cəhətdən haraya getdiyindən narazı qalıb.
Hələ bir il öncə AFR üçün göstəricilər daha yüksək olub, indi isə aşağı düşüb və düşməkdə davam edir.
Avropa İttifaqında ən xoşbəxt ölkə 7, 9 bal nəticə göstərmiş Avstriyadır. Onun ardınca gələn Polşa, Finlandiya və Rumıniya 7, 7 bal toplayıb.
Maraqlıdır ki, bu ölkələrin bəziləri hələ bu yaxınlaradək kasıb saylıb və ya vətəndaşları həyatlarından məmnun olmayıb.
Hazırda vəziyyət kökündən dəyişib. Beləliklə, xoşbəxtliyin maddi rifahla bağlılığı barədə mif dağılıb.
İtaliya, İspaniya və Fransa 7, 1 bal səviyyəsindədir.
Maraqlıdır ki, Rumıniya və Polşa kimi aşağı gəlirləri olan ölkələrdə həyatdan məmnunluq daha yüksəkdir, bu da subyektiv əmin-amanlıqla iqtisadi rifah halı arasında qarşılıqlı əlaqənin mürəkkəb olduğunu sübut edir.