"Məhz soyqırımın kontekstdən asılı olduğunu hesab edənlərin ucbatından dünyada antisemitizm kəskin surətdə artıb..."
Antisemitizm üzrə dinləmələrdən sonra konqresmenlər üç nüfuzlu universitet rəhbərlərinin işdən kənarlaşdırılmasını tələb edib
Amerika Konqresinin hər iki partiyasınan olan 70-dən artıq konqesmen hesab edir ki, dünyada ən nüfuzlu universitetlərin pezidentlərinin ifadələri "mənəvi təmizliyin tamamilə olmadığını və problemli ikili standartlar və yəhudi icmalarının humanizmsizləşdirilməsini üzə çıxarıb".
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qanunvericilər tədris müəsisələri rəhbərlərindən Liz Meqili (Pensilvaniya Universiteti), Salli Kornblatı (Massaçusets Texnoloji İnstitutu) və Klodin Heyi (Harvard Universiteti) dərhal öz postlarından kənarlaşdırılmasını tələb edib.
Bu barədə respublikaçı koqresvumen Eliz Stefanik və onun demokrat həmkarı Cared Moskovitsin imzaladığı məktubda deyilir.
"Yaranmış böhranlı məqamı nəzərə alaraq, biz sizin şuralarınızdan bu prezidentlərin hər birinin vəzifələrindən azad edilməsini və yəhudi və israilli tələbə və müəlimlərin sizin şəhərciklərinizin ərazisində təhlükəsizliklərinin təmin edilməsi üzrə praktiki planlarını təqdim etməsini tələb edirik", - məktubda deyilir.
Xatırladaq ki, çərşənbə axşamı Nümayəndələr Palatasının təhsil üzrə Komitəsində dinləmlərdə oraya İsrailin HƏMAS-la müharibəsi fonunda tələbə şəhərçiklərində vüsət alan yəhudilər və İsrail əleyhinə nümayişlərdən sonra dəvət edilən adıçəkilən prezidentlər yəhudilərin soyqırımına çağırışların onların universitetlərinin davranış kodekslərinin müddəalarını pozması ilə bağlı suala birmənalı cavab verməkdən imtina edib.
Dinləmələrdən fraqmentlərin videoyazısı sosial şəbəkələrdə dərc edildikdən sonra yəhudi icmaların qəzəbinə səbəb olub.
Belə videoları dərc edənlərdən biri, "Pershing Square Capital Managment" fondu idarə heyətinin sədri milyardçı Bill Ekman Meqil, Kornblat və Heyi "rüsvayçılıqla istefaya getməyə" çağırış edib.
Onun sözlərinə görə, dinləmələrdə birbaşa cavabdan yayınma onların "dərin mənəvi müflis olduqlarını" göstərib.
O, həmçinin universitet şəhərciklərində və bütün dünya boyunca nədən antisemitizmin kəskin şəkildə artdığı barədə sualı da cavablandırıb:
"Bax, bu, soyqırımın kontekstdən asılı olduğunu hesab edən məhz Hey, Meqil və Kornblat kimi prezidentlərin ucbatından baş verir".
Sonradan Konqresdə qalmaqallı debatların üç iştirakçısıdan ikisi- Harvard Universitetinin prezidenti Klodin Hey və Pensilvaniya Universitetinin prezidenti Liz Meqill məcburən üzrxahlıq edib.
Lakin bu, Pensilvaniya Universitetini maliyyənın azaldılmasından xilas edə bilməyib, belə ki, ali məktəbin sponsorlarından biri 100 milyon dollar qrantını geri alıb.