2263
09 Dec 2023 | 20:53

"Səksən yaşını xırdalayan qadın üçün daha nə lazımdır ki?.."

"Allanın beşinci əri ona qayğı və diqqət göstərərək rahat həyat təmin edir..."
 
"Maksim Qalkin həyat yoldaşı və əkiz övladlarını Kiprdə tərk edərək xaricə yollanıb..."
 
"Kiprlilər Puqaçovanın kim olduğunu bilmək belə istəmir..."
 
Rusiyanın Kremlönlü nəşri SSRİ və Rusiyanın xalq artisti və estrada ulduzu Alla Puqaçova haqqında istehza, qərəz və şayiələrlə dolu məqalə dərc edib
 
Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" siyahısına salınan şoumen Maksim Qalkin SSRİ xalq artisti Alla Puqaçovanı övladları ilə birgə Kipr adasında tərk edərək İspaniyaya yollanıb. Onların həyatı barədə nələr bəllidir?
 
Moderator.az xəbər verir ki, bu barədə "news.ru" nəşri yazıb.
 
Maksim Qalkin indi haradadır?
 
İsraildə vəziyyətin kəskinləşməsi fonunda çıxışlarının təxirə salınması ilə bağlı konsert fəaliyyətində uzun fasilədən sonra Maksim Qalkin qastrollara dönüb. 
 
Dekabrın ilk günlərindəi artist həyat yoldaşını və əkiz övladları Liza və Harrini tərk edərək xaricə yollanıb. Dekabrın 8-də o, öz şousu ilə İspaniyanın Alikanta şəhərində çıxış edəcək.
 
Özünün yeni konsert proqramında Maksim Qalkin həyat yoldaşı ilə Rusiyadan gedəndən sonra işlək olmayan bank kartları ilə üzləşdikləri dövr haqqında danışıb. 
 
Onun sözlərinə görə, Alla Puqaçova onu "çılpaq yerdə qalan" adlandırıb. O, həmçinin qeyd edib ki, xaricə mühacirət zamanı hesablarla bağlı yaranan problemlər ucbatından supermarketin yaxınlığında sədəqə istəməli olub.
 
Alla Puqaçova ilə Kiprdəki qalmaqal barədə bəlli olanlar
 
Alla Puqaçova Qalkinin olmadığı zaman övladları ilə Limasolda qalıb. Boş vaxtlarını artist xanım alış-verişə sərf edib, lakin mağazaların birinə ziyarət zamanı onun halı pisləşib. 
 
"Alla Puqaçova öz köməkçisi və küçədə onu gözləyən sürücüsünün müşayiətilə gəlib. Həmin gün o, özünü pis hiss edib. Alla Borisovna bunu heç gizlətməyib. Satıcıya səhhətindən şikayət edib. Həmin gün, yumşaq desək, o, heç də yaxşı görünməyib", - şahidlər məlumat verib.
 
Puqaçovanın mağazalara səfərini həm də butikin müğənninin ucbatından az qala işini itirəcək satıcısı da yadda saxlayıb.
 
Artistə rusdilli qız xidmət göstərib və Vətən estradasının ulduzuna xüsusi diqqət yetirməyə çalışıb, bu da ticarət mərkəzinin sahiblərinin xoşuna gəlməyib.
 
"Alla Borisovna çıxıb gedəndən sonra onlar hətta satıcıya irad da tutub: "Sən ona nədən bu qədər diqqət göstərirdin? Başqa müştəriləri də unutmaq olmaz!"
 
Onlar, kiprlilər Puqaçovanın kim olduğunu bilmək belə istəmir. Satıcıya deyilib ki, hamıya eyni diqqət göstərsin. Əks halda onu işdən kənarlaşdırmaqla təhdid ediblər", - "mk.ru" nəşri yazıb.
 
Həmkarları Puqaçovanın hansı sirlərindən danışıb?
 
Puqaçova ilə 30 il birlikdə işləmiş gitaraçı Aleksandr Levşin deyib ki, artist xanım bütün həyatı boyunca daha bir istedadını gizli saxlayıb, bu da onun təsviri incəsənət qabiliyyətinin olmasıdır.
 
"Alla gözəl rəsmlər çəkir. Fanatları yəqin ki, onun vallarının necə olduğunu xatırlayır. Belə ki, bu valların üzərində "Qulliver" şəklini Allanın özü çəkib. Onun çoxsaylı gözəl rəsmləri və şəkilləri də olub. Alla özünün bu istedadını nədənsə üzə çıxarmaq istəməyib", - o, deyib.
 
Aktyor İvan Oxlobıstin məlumat verib ki, Alla Puqaçova müğənni SHAMAN-ın böyük səhnəyə çıxmasına mane olmağa çalışıb.
 
Artist qeyd edib ki, bu ifaçını popylyar olmasından öncə tanıyıb və SSRİ xalq artisti ona "Faktor A" musiqi şousunu udmağa imkan verməyib.
 
"O, mənim çox xoşuma gəlir. Mən onu SHAMAN olmazdan öncə xatırlayıram. Yeri gəlmişkən, Alla Puqaçova SHAMAN-ı layihədən qovub", - Oxlebıstin deyib.
 
Rublyovlkada Alla Puqaçova barədə nə deyilib?
 
Rublyovkada yaşayan kübar müğənni Alyona Kravets bəyan edib ki, Alla Puqaçova indiyədək Maksim Qalkinlə ona görə bir yerdədir ki, onu təmin edir.
 
"Belinci əri ona qayğı və diqqət göstərərək rahat həyat təmin edir. Səksən yaşını xırdalayan qadına daha nə lazımdır ki? Həm də hazırda Puqaçova təqaüddədir, Qalkin isə çox işləyir və faktiki olaraq onu saxlayır", - müğənni Kravets izah edib.
 
O, həmçinin məlumat verib ki, estrada müğənnisinin Vətəndə dəfn edilməsini istədiyini öyrənə bilib. Alyona Kracetsin sözlərinə görə, Puqaçova "özü üçün valideynləri və qardaşının uyuduqları Kuzminsk qəbiristanlığını seçib".
Link kopyalandı!
Son xəbərlər