![](https://moderator.az/cphoto/670x420/2023/12/09/1702147833_1702147783_1702100180_45db6582-8d1e-46ae-8096-a5d34e62e4f9.jpg)
Azərbaycan və Ermənistan arasında regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsət yarandı. Belə ki, iki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyəti bir daha təsdiqləndi. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad etdi. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad etdi.
Gündəmin əsas mövzusu ilə bağlı millət vəkili Elman Məmmədov Moderator.az- ın suallarını cavablandırdı. Bizimlə söhbətində Birinci Qarabağ müharibəsinin canlı şahidi olduğunu və o zaman da əsirlərin dəyişdirilməsi prosesi ilə indiki hadisələri müqayisə etdi.
-Bu razılaşmanı yüksək dəyərləndirirəm, hesab edirəm ki, çox vacib bir razılaşmadır. Və bu razılaşma onu göstərir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar uğurla davam edir və xüsusilə də qeyd etmək istəyirəm ki, Azərbaycanla Ermənistanın təkbətək danışıqlar aparması daha məqsədəuyğundur. Bu sonuncu iki tərəf arasında aparılan danışıqlar, hesab edirəm ki, uğurlu oldu. Bundan sonra da iki tərəf heç bir vasitəçisiz görüşüb, danışıqlar aparsa, daha ciddi irəlləyişlərə və sülh sazişinin bağlanmasına daha tez nail olacağıq. Üçüncü tərəf kim olursa, orada mütləq pərdəarxası, açıq, ya gizlin formada öz maraqlarını güdməklə çıxış edir. Yəni iki tərəfin üzbəüz oturub təkbətək danışmağı, hesab edirəm ki, hər iki tərəf üçün daha sərfəlidir.
- 2 əsirimizin 32 erməniyə dəyişməsinə münasibətiniz necədir?
- Bizim 2 nəfər ermənilər tərəfindən saxlanılmış və onlar haqqında çox qəddar, ədalətsiz qərarlar verdilər, bizim hər bir insanımız, əsgərimiz, mülki şəxsimiz 32 yox, 1012 ermənidən də qiymətlidir. Bu, cənab Prezidentimizin öz vətəndaşlarına verdiyi dəyərin, qiymətin, onların qayğısına qalmağının bir daha təsdiqidir.
Təbii ki, mən həmin övladlarımızı da, əsgərlərimizi də, onların ailələrini də təbrik edirəm, gözaydınlığı verirəm. Dünəndən o ailələr sevinc içində yaşayırlar.
- Birinci Qarabağ müharibəsində də əsirlərin dəyişdirilməsi məsələsində biz bu halları görmüşük. O hadisələrin canlı şahidi olaraq bu prosesi necə xatırlayırsınız?
- Birinci Qarabağ müharibəsində biz nə qədər erməni ilə öz əsirlərimizi dəyişmişik. Mən o hadisələrin canı şahidiyəm. Rəhmətlik Azərbaycanın milli qəhramanı Allahverdi Bağırovun o dövrdəki bu sahədə olan fəaliyyəti gözümün önündən lent kimi gəlib keçir. Xocalı soyqırımından sonra 1000 nəfərdən çox əsir və girov götürülmüş xocalılının ermənilərin əlindən alınmasında, dəyişdirilməsində Allahverdi Bağırovun xidmətləri misilsizdir, danılmazdır. Və o dövrlə bu dövürün fərqi, mən o dövrdə yaşamış, o hadisələrin şahidi olan bir adam olaraq olaraq deyirəm ki, bir nəfər də olsun, xocalıdan olan əsir, girovun alnmasında, dəyişdirilməsində ovaxtki rəhbər dövlət işçilərinin iştirakı olmadı. O dövrlə bu dövrün müqayisəsi budur. İndi cənab Prezidentimiz 2 nəfər əsgərimiz üçün bu addımı atdı və o ailələri də, bütün xalqımızı da sevindirdi.
- Bəs o zaman əsirlərin dəyişdirilməsində hansı şərtlər var idi? Hansı hissləri, hansı təsüratları yaşayırsınız?
- Mən bir vətəndaş kimi dövlətimin qüdrəti ilə, gücü ilə qürur duyuram, fərəhlənirəm. O dövürdə yox səviyyəsində olan dövlətçilik, əhalinin qayğısına qalınmaması, özbaşınalıq və sair. Və bu gün Azədbaycan demokratik, hüquqi bir dövlət kimi özünü dünyaya təqdim edir. Azərbaycan tək Cənubi Qafqazda yox, bütün dünyada inkşaf etmiş hüquqi, demokratik, sülhsevər siyasət yürüdən bir dövlət kimi tanınır. Özünün siyasəti, güclü iqtisadiyyatı, ordusu, qalibiyyət, ədaləti ilə tanınır. Ona görə hesab edirəm ki, biz hər birimiz bugünkü Azərbaycanla fəxr etməliyik və Azərbaycanımızın daha da güclü, qüdrətli olması üçün öz sahəmizdə əlimizdən gələni etməliyik.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)