"Nazir 2014-2018-ci illərdə Ci Tszinpinin yüksək vəzifəli xarici şəxslərlə qarşılıqlı əlaqələrinin böyük hissəsinə kuratorluq edib..."
"Çin Qanın Çin teleşirkətinin reportyoru ilə sevgi romanı yaşadığı və ABŞ vətəndaşı olan oğlunun dünyaya gəlməsi barədə şayiələr yayılıb..."
Çinin sabiq xarici işlər naziri Çin Qan vəzifəsindən kənarlaşdırıldıqdan sonra iyulun sonunda intihardan və ya işgəncələrdən dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, bu, Çinin ali rəhbərlərinin müalicə olunduğu Pekin hərbi hospitalında baş verib. Çin sisteminin şəffaf olmadığını nəzərə alsaq, bu məlumatları tam təsdiq etmək mümküm deyil və Çin hökuməti Kommunist Partiyasının daxili fəaliyyətini şərh etmir", - nəşr yazıb.
Nəşr xatırladır ki, məmur 2014-2018-ci illərdə Si Tszinpinin yüksək vəzifəli xarici şəxslərlə qarşılıqlı əlaqələrinin böyük hissəsinə kuratorluq edib.
Qısa müddət ərzində xarici işlər naziri müavini vəzifəsində olduqdan sonra Çin Qan 2021-ci ilin iyul ayında Vaşinqtonda səfir və 18 aydan sonra xarici işlər naziri təyin edilib.
Həmin ilin iyunun 25-də nazir təyin ediləndən cəmi altı ay sonra Çin Qan Pekində Şri-Lanka və Vyetnam XİN rəhbərləri, habelə Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko ilə görüşlər keçirib. Tezliklə o, ictimaiyyətin məkandan yoxa çıxıb.
Onun yoxa çıxmasından sonra məmurun Çinin "Phoenix TV" teleşirkətinin Fu Syaotyan adlı reportyoru ilə sevgi romanı yaşadığı və ondan, guya, ABŞ vətəndaşı olan oğlunun dünyaya gəlməsi barədə şayiələr yayılıb.
Yüksək vəzifəli məmura çıxışı olan bir neçə nəfərin fikrincə, məmurun qəflətən yoxa çıxmasının əsl səbəbi onun daha ciddi qalmaqalda əli olmasıdır.
Bu qalmaqalda Çinin müdafiə naziri və raket sistemlərinə komandanlıq edən, ölkədə nüvə silahının yaradılması proqramına kuratorluq edən generalların adları hallanıb.
Demək olar ki, Çin Qanın yoxa çıxdığı zaman həm də Raket Qoşunlarının Baş Komandanı Li Yuçao, onun müavini Lyu Quanbin və sabiq müavin Çjan Çjençjun da yoxa çıxıb.
Yoxa çıxan komandirlər nəticədə rəsmən vəzifələrindən azad edilib və Hərbi-Dəniz Donanması və Hərbi-Hava Qüvvələri zabitlərilə əvəzlənib, bu da nadir haldır, çünki Raket Qoşunlarının ali komandirləri, demək olar ki, həmişə xidmət daxilində vəzifələrində yüksəlib, məlumatda deyilir.
Raket Qoşunlarında təmizləmə prosesi rəsmən etiraf ediləndən sonra həmin ilin mart ayında Çin lideri Si Tszinpin tərəfindən müdafiə naziri təyin edilən Li Şanfu da yoxa çıxıb. Onun vəzifəsindən kənar edilməsi barədə oktyabrın sonunda elan edilib.
Kontekst
57 yaşlı Çin Qan XİN rəhbəri vəzifəsində yeddi ay olub. Onun "qəfləti istefası Sinin ən etibarlı köməkçilərindən hesab edilən aqressiv Çin diplomatının öz postunda qeyri-adi qısa müddətinin sonu deməkdir", - "The Times" nəşri yazıb.
"The Washington Post"un dəyərləndirməsinə görə, bu, həmçinin ABŞ və Çin arasında münasibətlərdə başlanan "istiləşmə" prosesini mürəkkəbləşdirir.
İyunun 17-də "The Times" yazıb ki, əvvəllər Çinin ABŞ-da səfiri olmuş nazir Böyük Britaniyada təhsil almış Fu Syaotyanla nikahdankənar əlaqələri barədə şayiələr fonunda ictimaiyyət qarşısına çıxmayıb.
Fu Syaotyan ötən ilin mart ayında Çin Qandan müsahibə alıb, sosial şəbəkələrdə onun nazirlə eşqbazlıq etdiyi diqqət çəkilib. 2022-ci ilin noyabr ayında o, oğul dünyaya gətirib.
Nəşr izah edib ki, məşuqələrin olması "nəsə qeyri-adi bir şey deyil", lakin "partiya xəttinin dəyişilməsi zamanı geriyə çəkilənlərin vəzifəsindən azad edilməsi üçün bəhanə kimi" istifadə edilə bilər.
Çin Qan iyulun 25-də ictimai məkandan yoxa çıxdıqdan bir ay sonra əvvəllər bu postu tutan Van İ XİN rəhbəri təyin edilib.