2776
07 Dec 2023 | 17:20

"Qəzzada vəziiyyət geriyədönməz nəticələrə gətirib çıxaracaq fəlakətə doğru yaxınlaşır..."

 
"İsrailin Qəzza bölgəsində hərbi əməliyyatı nəticəsində 15 mindən artıq dinc insan həlak olub, onların 40 faizini uşaqlar təşkil edir..."
 
Quterriş bir çox illər ərzində ilk dəfə olaraq BMT Nizamnaməsinin 99-cu maddəsini tətbiq edib...
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterriş BMT Nizamnaməsinin nadir hallarda tətbiq edilən maddəsindən istifadə edərək beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə törədən problem haqqında bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat verib. Məlumatı "asiaplus.info" nəşri yayıb.
 
Baş katib Təhlükəsizlik Şurasına BMT Nizamnaməsinin 99-cu maddəsinə uyğun olaraq müraciət edib. Bu maddə baş katibə beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə törədə biləcək istənilən problemi nüfuzlu Şuranın diqqətinə çatdırmaq səlahiyyətləri verir.
 
Təhlükəsizlik Şurasının üzvlərinə müraciətində Quterriş xatırladıb ki, oktyabrın 7-də HƏMAS və digər Fələstin qruplaşmalarının İsrailə qarşı törətdiyi terror nəticəsində 1200-dən artıq israilli, o cümlədən 33 uşaq həlak olub. 250 nəfər, o cümlədən 34 uşaq girov götürülüb və 150 nəfər hələ də azad edilməyib.
 
İsrailin Qəzzada hərbi əməliyyatı nəticəsində 15 min adam həlak olub,, onların 40 faizini uşaqlar təşkil edir. Daha min nəfər yaralanıb. Ümumi sayı 2, 2 milyon nəfər təşkil edən əhalinin 80 faizi öz evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Daha sonra öz müraciətində BMT rəhbəri Qəzzada getdikcə pisləşən humanitar vəziyyəti təsvir edib və yaranmış vəziyyətdə fələstinlilərə göstərilən yardımın bütün sisteminin dağılacağı barədə xəbərdarlıq edib.
 
"Vəziyyət sürətlə bütün fələstinlilər, bütün dünya və bütün regionda təhlükəsizlik üçün potensial geriyədönməz nəticələrə gətirib çıxaracaq fəlakətə doğru yaxınlaşır. Belə nəticəyə nəyin bahasına olurda-olsun, yol verməmək zəruridir", - Quterriş deyib.
 
O, qeyd edib ki, beynəlxalq birlik öz təsirindən istifadə edərək bundan sonra da eskalasiyanın qarşısını almaq və böhrana son qoymaq üçün məsuliyyət daşıyır.
 
Bu mənada o, Təhlükəsizlik Şurası üzvlərinə təcili olaraq humanitar atəşkəsə nail olmağa, dinc əhalini qorumağa və Qəzzaya yardımın çatdırılmasını təmin etməyə çağırış edib.
 
99-cu maddə BMT baş katibinin sərəncamında olan alətlərindən biridir. Təşkilatın tarixində bu maddə o qədər də tez-tez tətbiq edilməyib. 
 
BMT Nizamnaməsinin 99-cu maddəsinin təşkilatın tarixində tətbiq etdiyi hallar
 
Konqoda vəziyyət
 
13 iyul 1960-cı ildə BMT baş katibi Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.
 
Şərqi Pakistan (indiki Banqladeş)
 
3 dekabr 1971-ci ildə baş katib öz müraciətində vurğulayıb ki, Şərqi Pakistanın sərhəddində yaranan vəziyyət beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə törədir.
 
Kipr
 
16 iyul 1974-cü ildə baş katib "Kipr probleminin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhlükə törətdiyinə diqqət çəkib.
 
İranda girovlarla bağlı böhran
 
25 noyabr 1979-cu ildə baş katib məktubunda vurğulayıb ki, ABŞ və İran arasında mübasibətlər həyəcanlı vəziyyətə gətirib çıxarıb.
 
Birləşmiş Ştatlar ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsi və diplomatik personalın saxlanılması ilə bağlı son dərəcə narahatlıq keçirib.
 
İran öz tərəfindən əvvəlki rejim tərəfindən insan hüquqlarının pozulmasından narahat olub.
 
Baş katib hesab edib ki, bu qarşıdurma beynəlxalq təhlükəsizliyə təhlükə törədir və Təhlükəsizlik Şurasına problemin sülh yolu ilə həlli üçün səylər göstərməyə çağırış edib.
 
İran-iraq
 
25 sentyabr 1980-ci ildə baş katib məktubunda beynəlxalq təhlükəsizliyə təhlükə törədən böhranın qarşısının alınması üçün dinc məsləhətləşmələrə başlamağa çağırış edib.
 
Livan
 
15 avqust 1989-cu ildə baş katib Livandakı vəziyyətə diqqət çəkərək təcili olaraq problemin dinc yolla həllinin axtarılmasına çağırış edib.
 
Konqo Demokratik Respublikası
 
15 may 2003-cü ildə baş katib getdikcə pisləşən vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib. Mayın 30-da Təhlükəsizlik Şurası böhranın aradan qaldırılması üçün güc tətbiq etməyə sanksiya verən qətnamə qəbul edib.
 
Liberiya
 
28 iyun 2003-cü ildə baş katib Liberiyaya hazırlıqlı və yaxşı təciz edilmiş hərbi kontingentin göndərilməsinə çağırış edib. Avqustun 1-də Təhlükəsizlik Şurası ölkəyə belə kontingentin göndərilməsinə sanksiya verib.
 
Livan
 
29 iyul 2006-cı ildə baş katib təsili olaraq atəşin dayandırılmasına və Livanda siyasi dialoqa başlamağa çağırış edib.
 
Myanma
 
2 sentyabr 2017-ci ildə baş katib Myanmanın Rakhayn ştatında vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ağır nətilərə səbəb ola biləcək mümkün humanitar böhran barədə xəbərdarlıq edib.
Link kopyalandı!
Son xəbərlər