Ekspert Qarabağ ermənilərinin Ermənistandakılarla gərgin münasibətinin maraqlı səbəbini açıqladı...
2403
07 Dec 2023 | 10:36

Ekspert Qarabağ ermənilərinin Ermənistandakılarla gərgin münasibətinin maraqlı səbəbini açıqladı...

“Onların çoxu ruhən Robert Köçəryan və Serjik Sərkisyan komandasına daha yaxındırlar. Və belələrinin sığına biləcəyi yeganə qüvvələr də həmin komandalardır...”
 
Bəzi siyasi şərhçilərimiz deyir ki, Qarabağdan köçən ermənilər arasındakı azı 15 minə yaxın hərbiləşdirilmiş, özü də gənclərdən ibarət kütlədən Rusiya, Qarabağ klanı və revanşist qüvvələr gec-tez Paşinyan hakimiyyətinə qarşı istifaqə edəcək və həmin hakimiyyəti devirərək Köçəryan-Sərkisyan dövründəkinə uyğun tam Rusiyameyilli bir hakimyyət quracaqlar. 
 
Hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a açıqlamasında bu mövzuda düşüncələrini belə ifadə edib:
 
“Qarabağdan köçmüş erməni kütləsinin İrəvanda Paşinyan hakimiyyətinə qarşı istifadəsi mümkündür. Bunu mən əvvəllər də söyləmişəm. Çünki həmin adamların çoxu ruhən Robert Köçəryan və Serjik Sərkisyan komandasına daha yaxındırlar. Və belələrinin sığına biləcəyi yeganə qüvvələr də həmin komandalardır. 
 
Hər bir halda Azərbaycan ərazisindən köçmüş ermənilərin Ermənistan erməniləri ilə münasibətləri kifayət qədər gərgindir. Bunun bir sıra səbəblərini mən bilirdim.  Bu günlərdə debata çıxdığım erməni bloqçu Natali Aleksanyana da bu haqda sual verdim. Onun bildirdiyinə görə, Qarabağ erməniləri Qarabağda hərbi xidmətdə olarkən Ermənistandan gələn şəxsi heyətə, yəni əsgər və zabitlərə qarşı böyük qəddarlıqlar törədiblər. Buna görə də indi həmin Qarabağ ermənilərinin Ermənistana gəlməsi onlar tərəfindən zülmə məruz qalmış haylara qıcıq gətirir və buna aid yetərincə videomateriallar mövcuddur...”
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər