2271
06 Dec 2023 | 23:52

"Ukraynanın bütün satqınlarını eyni aqibət gözləyir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

"O, qan içində bir müddət otelin əsas binasınadək addımlayıb, cəsədi də həmin ərazidə aşkar edilib..."
 
"Kiva Zelenskini terrorçu adlandırıb və Ukraynaya nüvə bombası atmağa çağırış edib..."
 
Ukraynanın dövlətə xəyanətə görə məhkum edilən sabiq deputatı Moskva ətrafında ölü tapılıb
 
Moskva ətrafının Odintsovo rayonunun Suponevo kəndində Ukrayna Ali Radasının sabiq deputatı İlya Kivanın cəsədi aşkar edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, onun meyiti "Величъ Соuntry Club" elit otel kompleksinin ərazisində tapılıb. Mərhumun sağ gicgahında kəsilmiş yara aşkar edilib. İlkin məlumatlara görə, Kiva ölümcül odlu silah yarası alıb.
 
"O, qan içində bir müddət ərzində otelin əsas binasına tərəf addımlayıb. Otelin yaxınlığında həyatı əlamətləri olmayan cəsəd aşkar edilib. İlkin məlumata görə, "kəsilmiş" yara elə odlu silah yaralanması olub, hüquq-mühafizə orqanları güclü qanaxma səbəbindən onu görməyib", - məlumatda deyilir.
 
BBC-nin Ukrayna xidməti bəyan edib ki, Kivanın ölümü "Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır" və o, atıcı silahla qətlə yetirilib.
 
Ukraynanın "УНИАН" agentliyi də güc strukturlarına istinadən məlumat verib ki, İlya Kiva Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində aradan götürülüb.
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov bəyan edib: "Bəli, təsdiq edə bilərik ki, Kivanın işi bitib. Ukraynanın bütün satqınlarını eyni tale gözləyir".
 
Kiva 2019-cu ilin avqustundan 2022-ci ilin mart ayınadək xalq deputatı olub. O, Radada hazırda Ukraynada qadağan edilmiş "Həyat uğrunda Müxalif platforma" partiyasını təmsil edib.
 
Bundan öncə Kiva Rusiyada terrorçu kimi tanınan "Sağ sektor" milliyyətçi partiyanın Poltava şöbəsinə rəhbərlik edib.
 
2022-ci ilin yanvarında Ukraynadan İspaniyaya gedib, bundan sonra Moskvada məskunlaşıb və Rusiya vətəndaşlığı alıb.
 
Həmin ilin aprel ayında Kiva Ukrayna prezidenti Vladimir Zelenskini terrorçu adlandırıb və Ukraynaya nüvə bombası atmağa çağırış edib.
 
Noyabrın 13-də Lvov məhkəməsi Kivanı 14 il müddətinə əmlakı müsadirə olunmaqla azadlıqdan məhrum edib. 
 
O, dövlətə xəyanətdə, habelə hakimiyyəti zorla dəyişdirmək və aqressiv müharibənin aparılmasına çağırışlar etməkdə ittiham edilib.
 
Kiva özünün "Teleqram-kanal"ındakı sonuncu postunda deyilir ki, "Zelenskinin bütün uduzanlar kimi bu gün intihar etməsi, bütün problemləri özü ilə aparması və məsələyə son qoyması ən yaxşı variant olardı".
Link kopyalandı!
Son xəbərlər