Ekskluziv
1989
06 Dec 2023 | 22:28

"Ağ ev İsrailə sərt və birbaşa dialoqda şərtlər irəli sürüb" - CNN

"İsrail Müdadiə Ordusu şimalda istifadə etdiyi dağıdıcı taktikanı daha təkrarlaya bilməz..."
 
"Dünya ictimaiyyəti Qəzzada minlərlə mülki şəxslərin həlak olmasına getdikcə daha kəskin etiraz edir..."
 
Birləşmiş Ştatlar gözləyir ki, İsrailin Qəzzada yerüstü əməliyyatının indiki fazası yanvar ayınadək başa çatacaq və sonradan İsrail Müdafiə Ordusu HƏMAS-ın konkret yaraqlıları və liderlərinə hədəflənən daha az intensivli, daha çox lokal strategiyaya keçəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalına Co Bayden administrasiyasının bir neçə yüksək vəzifəli məmurları danışıb. Məlumatı  "eurointegration.com.ua"nəşri yayıb.
 
"Ağ ev qarşıdakı bir neçə həftə ərzində İsrailin əməliyyatlarının necə inkişaf edəcəyindən dərin narahatlıq keçirir", - məlumatda deyilir.
 
Qeyd edilir ki, ABŞ sərt və birbaşa dialoqlarda xəbərdar edib ki, İsrail Müdafiə Ordusu şimalda istifadə etdiyi dağıdıcı taktikanı daha təkrarlaya bilməz və mülki əhali arasında qurbanların sayını məhdudlaşdırmaq üçün daha çox səy göstərməlidir.
 
"ABŞ İsrailə anladıb ki, dünya ictimaiyyəti Qəzzada minlərlə mülki şəxslərin həlak olması ilə nəticələnən yerüstü əməliyyata qarşı getdikcə daha kəskin etiraz etdiyindən
əməliyyatın indiki halda davam etməsi və əhəmiyyətli beynəlxalq dəstəyin qalması üçün malik olduğu zaman tezliklə tükənir. 
 
Mümkündür ki, bu günə olan ən açıq və birbaşa xəbərdarlıq müdafiə naziri Lloyd Ostin tərəfindən edilib. O, İsrailə xəbərdarlıq edib ki, şəhər müharibəsində yalnız mülki əhalini qorumaqla qalib gələ bilər", - CNN qeyd edib.
 
Qeyd edilir ki, Ağ ev nümayəndələri dəfələrlə İsrailə Qəzzanın dinc əhalisi arasında ölüm hallarının minimuma endirilməsinə açıq çağırışlar edib.
 
Buna baxmayaraq, onlar öz çıxışlarında İsrail Müdafiə Ordusunun hər-hansı taktikasında birbaşa qınaqlardan çəkinməyə çalışıb, güman edib ki, "ən yaxşısı İsrailə ucadan xəcalət vermək deyil, pərdə arxasında məsləhətlər verməkdir".
 
Həm açıq şəkildə, həm də özəl söhbətlərdə İsrailin rəsmi şəxsləri iddia edir ki, onların son məqsədinin bir hissəsi HƏMAS-ı o dərədə zəiflətməkdir ki, qruplaşma daha heç vaxt 7 oktyabr qətliamına bənzər hücumu təkrar edə bilməsin.
 
Amerikanın yüksək vəzifəli məmurlarının sözlərinə görə, bu məqsədə çətin ki, bu ilin sonunadək nail olunsun və gözlənilir ki, İsrail bu məqsədi münaqişənin növbəti fazasında da hədəfləməkdə davam edəcək, ABŞ bunu "uzunmüddətli kampaniya" kimi nəzərdən keçirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər