"Biz imkan daxilində tez bir zamanda qalib gəlmək istəyirik, artıq iki il keçib və bu, böyük müddətdir..."
"Zelenski məxfi brifinqdı amerikalı senatorlara müraciətini ləğv edib..."
Andrey Yermak ABŞ Konqresinə müraciət edərək əlavə maliyyələşmə ilə bağlı səsvermənin kritik vacib olduğunu bəyan edib
Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, ABŞ-ın yardımı olmadan Ukrayna müharibəni uduza bilər.
Moderator.az xəbər verir ki, bu barədə o, Vaşinqtona səfəri zamanı bəyan edib. Məlumatı "Amerikanın səsi" radiosu yayıb.
Yermak ABŞ Konqresinə müraciət edərək Ukraynaya əlavə maliyyələşməni təsdiq etməyə çağırış edib.
"Əgər indi Konqresdə müzakirə edilən yardım təxirə salınarsa, bu, böyük risk yaradacaq və biz indi olduğumuz vəziyyətə düşəcəyik. Və əlbəttə ki, bu, böyük ehtimalla, ərazilərimizin azad edilməsi uğrunda mübarizəni davam etdirməyi mümkünsüz edəcək və müharibəni uduzmaq riski böyük olacaq", - o, deyib.
Yermak əlavə edib ki, Ukraynanın təkcə hərbi yardıma deyil, həm də büdcə dəstəyinə ehtiyacı var.
"Ukrayna hazırda gələn il üçün planı başa çatdırmaq məqsədilə tərəfdaşları ilə birgə işləyir. Biz imkan daxilində tez bir zamanda qalib gəlmək istəyirik, çünki artıq iki il keçib və bu, böyük müddətdir", - o, vurğulayıb.
Hazırda Andrey Yermak, Ukrayna müdafiə naziri Rüstəm Ömərov və Ali Radanın sədri Ruslan Stefançuk ABŞ-da rəsmi səfərdədir.
Məlumat verilib ki, dünən prezident Vladimir Zelenski məxfi brifinqdə amerikalı senatorlara müraciət etməyi planlaşdırıb.
KİV-lərin məlumatına görə, söhbət cəbhədə vəziyyət və Ukraynaya bundan sonra göstəriləcək yardımdan getməli olub. Lakin axşam CNN məlumat verib ki, Zelenski onlayn-brifinqi ləğv edib
"Senatda çoxluğun lideri Çak Şumer bəyan edib ki, Ukrayna prezidenti Zelenski son dəqiqə yaranan məsələ ilə əlaqədar olaraq məxfi brifinqdə iştirak etməyəcək", - məlumatda deyilir.
Brifinqdə həmçinin ABŞ Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns iştirak etməli, senatorlara Ukraynada vəziyyətlə bağlı məlumat verməli idi.
Qeyd edək ki, bunlar bir aydan artıqdır ki, Ukraynaya əlavə yardım üçün maliyyələşmə qərarının ləngiməsi fonunda baş verməli idi.
Senat məlumat verib ki, Ukraynaya yeni yardım paketinin müzakirəsi bu həftə başlamalıdır.