Zelenski və Zalujnı Ukrayna hərbçilərini təbrik edib
"Ukrayna məhz sizin sayənizdə təslim olmayıb, bizim üçün nə qədər ağır olsa da, biz xəcalət çəkməyəcəyik..."
"Biz öz sərhədlərimizə, öz insanlarımıza gedib çatacağıq, qələbədən başqa alternativimiz yoxdur..."
"Mən bu gün Ukrayna Silahlı Qüvvələri sıralarında olan hər birinizlə qürur duyuram".
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı dekabrın 6-da qeyd edilən Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə ukraynalı hərbçilərə təbrikində deyib.
"Ukrayna sizin sayənizdə təslim olmayıb. Mən sizə yenidən minnətdaram və yenidən əmin oluram ki, bizim üçün nə qədər ağır olsa da, xəcalət çəkməyəcəyik", - o, vurğulayıb.
Zalujnı Ukraynanın müdafiəsində dayanan, xüsusilə "döyüş alovu və atəşlər altında soyuq, donmuş səngərlər və xarabalıqlarda möhkəm müdafiəni təmin edərək məkrli düşməni məhv edənlərə" minnətdarlıq edib.
Onun sözlərinə görə, məhz bu insanlar uşaqlarımızın gələcəyinin keşiyində dayanıb. "Biz məhz bunun uğrunda, məğlub olmaq ixtiyarımız olmadan döyüşürük", - Zalujnı vurğulayıb.
Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələr Günü münasibətilə videotəbrik yazıb. Kiyevin mərkəzi, Qruşevski küçəsi ilə hərəkət edərək, onunla rastlaşan insanlarla görüşüb və qeyd edib ki, Ukrayna uğrunda həyatını qurban vermiş insanların xatirə divarına yollanır.
Onun sözlərinə görə, bu, USQ-də qulluq edən, dövləti müdafiə edən, Ukraynanı təslim etməyə, işğalçılara Kiyevin mərkəzində paradla keçməyə imkan verməyən güclü, cəsur və əyilməz insanların bayramıdır.
Zelenski qeyd edib ki, Kiyevin mərkəzində artıq iki ildir ki, blokpostlar qoyulub. "Burada istehkamlar, "kirpilər" var. Amma bunlar bizim "kirpi"lərdir, başqa cür ola biləcəyini, üç günə istədikləri kimi olacağına sadəlövhcəsinə inanan yad çaqqalların deyil.
Lakin bizdə elələri var ki, hər şeyin bizim istədiyimiz kimi olacağını sübut edib və etməkdədir. Bunlar bizim azadlığımız uğrunda ön cəbhədə döyüşənlərdir", - prezident vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna paytaxtının küşələrində Rusiyanın üçrəngli bayraqları deyil, Ukrayna bayraqları dalğalanır.
Zelenski vurğulayıb ki, qarşıda Ukrayna ərazilərinin işğalçılardan azad edilməsi vəzifəsi var. Bu, bizim torpaqlar, bizim insanlarımızdır. Başqa alternativ varmı?" Yoxdur", - o, deyib.
Onun sözlərinə görə, qarşıda qələbə var və bunun alternativi yoxdur. "Nə qədər çətin olsa da, biz öz sərhədlərimizə, öz insanlarımıza gedib çatacağıq", - prezident qeyd edib.
Bu zaman o, əlavə edib ki, bu gün USQ üçün bir emosiyamız var, bu, minnətdarlıq və qələbə arzumuzdur.
"Komandirlər, lütfən, öz əsgərlərinizi və özünüzü qoruyun, özünüz olun, mən sizi təbrik edirəm", - Zelenski vurğulayıb.
Ukrayna Silahlı Qüvvələri Günü
Dekabrın 6-da Ukraynada Silahlı Qüvvələr Günü qeyd edilir.
Ukrayna döyüşçüləri bayrama hədiyyə edib, USQ Baş Qərargahının məlumatına görə, son sutka ərzində Ukrayna torpağında rekord sayda, 1270 rusiyalı işğalçı məhv edilib.
Qeyd edilir ki, tammiqyaslı hərbi müdaxilə başlanandan düşmənin itkiləri təxminən 335 min nəfərdən çox təşkil edib.
Həmçinin son sutka ərzində çoxlu sayda düşmən texnikası, o cümlədən bir təyyarə, 51 operativ-taktiki PUA, 40 zirehli maşın, 37 artilleriya sistemi, 13 tank, 6 yaylım atəşli reaktiv sistem, 49 vahid avtomobil texnikası və avtosistern, 5 vahid xüsusi texnika məhv edilib.