1826
06 Dec 2023 | 14:48

"Rusiyanın təcrid edilməsi alınmır, Putin üçün xoş əyyamlar yetişir" - "Bloomberg"

 
"ABŞ Konqresi Ukraynaya yardımı əngəlləyir, Avropada isə Ukrayna müharibəsindən yorğunluq artmaqdadır..."
 
"İsrail və HƏMAS arasında münaqişənin alovlanması dünyanın diqqətini Yaxın Şərqə yönəldib..."
 
"Putinin Qərbin Ukraynanı unudacağı məqamı gözləmək strategiyası öz nəticələrini verməkdədir..."
 
Hələ yayda Putin burnunu Rusiyanın hüdudlarından kənara çıxara bilmirdi, amma indi ABŞ-a dost olan ölkələrə səfərə hazırlaşır
 
Vladimir Putin üçün geosiyasi vəziyyət Ukrayna cəbhəsində dalan səbəbindən xeyli yaxşılaşıb. Qərbin Rusiyanı beynəlxalq təcridə düçar etmək səyləri alınmır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Nəşr xatırladır ki, hələ bu yaxınlaradək, avqust ayında Putin Cənubi Afrikada BRIKS sammitinə getməyib, çünki Beynəlxalq Cinayət Məhkəməsinin ittihamları üzrə həbs ediləcəyindən qorxub.
 
İndi isə o, təmtəraqla Fars körfəzinin ABŞ-ın tərəfdaşları sayılan iki ən böyük dövlət olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
 
Vəziyyətin dəyişdiyini həm də Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə Şimali Makedoniyada ATƏT konfransına səfəri də sübut edir. Ötən il onun analoji tədbirdə iştirak etməsinə qadağa qoyulmuşdu.
 
Diplomatik təcridin zəifləməsi təcavüzkar ölkə üçün yeganə yaxşı xəbər deyil.
 
Qərbin Rusiya iqtisadiyyatının çöküşünə yönələn sanksiyalarına rəğmən, əksinə, onun iqtisadiyyatı tədricən bərpa edilir və uzunmüddətli müharibəyə köklənir.
 
Eyni zamanda, ABŞ Konqresi hələ də Ukraynaya Amerikanın yardımını əngəlləyir, Avropada isə Ukraynadakı müharibədən yorğunluq artmaqdadır.
 
Buna əlavə olaraq İsrail və HƏMAS arasında münaqişənin alovlanması Rusiyanın xeyrinə işləyib, çünki dünyanın diqqətini Yaxın Şərqə yönəldib.
 
"Putin gözləmə oyunu oynayır. Doğrudur, Moskva Ukraynada hərbi səylərinə dəstək vermək üçün öz resurslarını tükəndirir və nə zamansa özünün Avropa ticarətinin dominantlığının iflasının şahidi olub. Lakin Putinin Fars körfəzinə səfəri onu göztərir ki, o, Yer kürəsinin digər hissələri ilə əlaqələrini nizama salmaq iqtidarındadır, bu da Rusiyanın dayanıqlığının yenii əlamətidir", - "Bloomberg" yazır.
 
Putin Qərbin Ukraynaya diqqətinin zəifləməsini gözləmək əzmindədir
 
Dünyanın Suriyada artıq 12 il davam edən müharibəyə marağının azaldığı və onu unutduğu Ukrayna üçün həyəcanlı siqnal olmalıdır. Rusiya indiyədək orada insanları qətlə yetirir və bunu indi başqa mövzularla maraqlanan dünyadan gizli şəkildə edir.
 
Hazırda da görünən odur ki, Putinin Qərbin Ukraynanı unudacağı məqamı gözləmək strategiyası tədricən öz nəticələrini verməkdədir. Belə ki, Amerika yardımın tədarükü ilə bağlı problemlərdən savayı, Macarıstan və Slovakiya Ukraynanın faktiki təslim olmasına tərəfdar çıxır. Ehtimal ki, Niderland da onlara qoşulacaq.
Link kopyalandı!
Son xəbərlər