1923
06 Dec 2023 | 12:07

"Mənim üçün Rusiya və Ukrayna sağ və sol əllər kimidir...Hər şeyi götürüb bölmək lazımdır" - Qriqori Yavlinski

"Fransa ilə Almaniya Elzas və Lotaringiya uğrunda neçə illər döyüşüb? Strasburq uğrunda neçə illər döyüşüb?.."
 
"Hər gün insanlar qətlə yetirilir, hamı burada iştirak edir, heç kim ciddi şəkildə hətta atəşin dayandırılması barədə danışmaq belə istəmir..."
 
Rusiyanın "Yabloko" partiyasının lideri Qriqori Yavlinski rusiyalı və ukraynalılara İsrailin fələstinlilərlə alınmadığını təklif edib
 
Rusiyalılarla ukraynalıları Elzas və Lotaringiya uğrunda Fransa ilə Almaniya arasında müharibələrin timsalında barışdırmaq olar.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "Yabloko" partiyasının təsisçisi Qriqori Yavlinski RBK nəşrinə müsahibəsində bəyan edib.
 
"Fransa və Almaniya nümunəsi var, - o, izah edib. - Onlar Elzas və Lotaringiya uğrunda neçə illər döyüşüblər? Neçə il Strasburq uğrunda döyüşüblər? Bu gün bu ərazilərin kimə məxsus olduğu heç kimin heç vecinə də deyil".
 
Yavlinskinin sözlərinə görə, Avropa İttifaqı "dünyanın sübut etdiyi həmin gerçəklikdir".
 
"Heç kimdə- nə Hindistanla Pakistan, nə İsraillə Fələstində bu, alınmayıb", - siyasətçi dəqiqləşdirib. - Avropada isə alınıb. Ondan nümunə götürmək lazımdır".
 
"Qərbin Ukraynada müharibədə günahı varmı?" suala cavabında Yavlinski deyib ki, "hamı günahkardır".
 
"Burada günahı olmayan yoxdur, - o, müharibəyə öz münasibətini ifadə edib. - Hər gün insanlar qətlə yetirilir. Hamı burada iştirak edir, hamı günahkardır. İndiyədək heç kim hətta ciddi şəkildə atəşin dayandırılması barədə danışmaq belə istəmir. 
 
Kiminsə arxasında dayanıb, "Sənə istənilən silahı verəcəyəm, özüm döyüşməyəyəm, qoy orada sənin adamların qətlə yetirilsin" demək, bəyəm bu, siyasətdir?"
 
Bu zaman Yavlinski vurğulayıb ki, münaqişəyə görə öz şəxsi məsuliyyətini hiss edir, çünki "insanları başqa yolla getməyə inandıra bilməyib".
 
"Kollektiv məsuliyyət və kollektiv günah" barədə suala cavabında o, deyib ki, "hər kəsin bu və ya digər hadisəyə öz münasibəti var".
 
"10 nəfərdən hamısı özünü günahkar hesab edirsə, bu, necə günahdır? - Yavlinski sual edib. - Mənim fikrim belədir ki, on nəfərdən hər biri özünü günahkar hesab edirsə, deməli, hamı günaha batıb".
 
O, həmçinin deyib ki, Ukrayna onun üçün çox əzizdir.
 
"Mənim üçün Rusiya və Ukrayna sağ və sol əllər kimidir, - o izah edib. - Belə alınıb ki, mən Lvovda doğulmuşam, atam cəbhədən dönüb, onun diviziyası Zakarpatyedə döyüşüb. Anam Lvova Daşkənddən təxliyədən dönüb, çünki onun doğulduğu Xarkov şəhəri tamamilə dağıdılıb".
 
Öz müsahibəsində siyasətçi deyib ki, Rusiya prezidenti Vladimir Putinə Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi olmağı təklif edib.
 
Xatırladaq ki, Almaniya 1870-1871-ci illərin Fransa-Prussiya müharibəsindən sonra 1879-cu ildə Elzas və Lotaringiyanı ilhaq edib,
Birinci dünya savaşının nəticələrinə görə Fransaya qaytarıb. 
 
1940-cı illərdə bu regionlar faşist Almaniyası tərəfindən işğal edilib, İkinci dünya savaşının nəticələrinə görə yenidən Fransaya qaytarılıb.
 
Qriqori Yavlinski rusiyalıların ona dəstək üçün 10 milyon imza toplayacağı təqdirdə 2024-cü ilin prezident seçkilərində iştirak etməyi planlaşdırır. 
 
Oktyabrın sonunda o, prezident Putinlə görüşərək Ukraynada müharubəni, habelə Rusiya iqtisadiyyatının vəziyyətini müzakirə edib.
Link kopyalandı!
Son xəbərlər