Rusiyada məktəblilərə Zelenski və Baydenə atəş açmaq öyrədilir...-FOTO+VİDEO
3132
06 Dec 2023 | 08:27

Rusiyada məktəblilərə Zelenski və Baydenə atəş açmaq öyrədilir...-FOTO+VİDEO

İdman atıcılığı zallarında hədəflərin əvəzinə “düşmən” prezidentlərin portretləri asılır...
 
Rusiyada məktəbliləri mənəvi-ruhi cəhətdən Ukrayna prezidenti Vladimir Zelenskiyə, NATO-nun baş katibi Yens Stoltenberqə və ABŞ prezidenti Co Baydenə atəş açmağa hazırlayırlar.
Moderator.az xəbər verir ki, “UNİAN” bu haqda Rusiyanın “RBK” nəşrinə istinadla məlumat yayıb.
İnternetdə pnevmatik silahlardan idman atışları üçün hədəfləri olan zalı əks etdirən video yayılıb. Adi təlim hədəfləri yerində üç “düşmən” siyasətçinin də portretləri var...
 
“RBK”-nın yazdığına görə, bu epizod Tomskda uşaqlar üçün keçirilən vətənpərvərlik festivalında baş verib. Təşkilatçı Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranlarının Ümumrusiya İctimai Təşkilatının yerli bölməsi olub.
“UNİAN” xatırladır ki, əvvəllər də yazdığı kimi, Rusiyada uşaq meydançaları hərbi təlim meydançalarına çevrilir. Ölkənin hər yerində uşaq bağçaları və məktəblərində uşaqlara forma geyindirir və onları praktiki yürüşlərdə iştirak etməyə, səngər qazmağa, qumbara atmağa və həqiqi döyüş sursatı ilə atəş açmağa məcbur edirlər...

Sultan Laçın

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər