Ekskluziv
2005
05 Dec 2023 | 14:59

"Time" jurnalı Putini "Barbi" gəlinciyi ilə yanaşı "İlin adamı" iddiaçılarının siyahısına daxil edib

 
Rusiya lideri III Çarlz və "Barbi" ilə bir sıradadır
 
"Time" jurnalı 1927-ci ildən dünyaya müsbət və ya mənfi anlamda ən çox təsir edən adamı, insanlar qrupunu və ya konsepsiyanı açıqlayır..."
 
"Franklin Ruzvelt bu titula üç dəfə layiq görülən ABŞ-ın yeganə prezidenti olub..."
 
Amerikanın "Time" jurnalı Rusiya lideri Vladimir Putini məşhur "Barbi" gəlinciyi  və Britaniya kralı III Çarlz ilə yanaşı "İlin adamı" adı iddiaçılarının sıyahısına daxil edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Putin haqqında qısa "xülasə"də "Time" jurnalı vurğulayıb ki, Rusiya diktatoru 2023-cü ilin yayında "Vaqner" özəl hərbi şirkətinin muzdluları tərəfindən onu prezident kreslosundan kənarlaşdırmaq cəhdinə rəğmən hakimiyyətini qoruyub saxlamağa müvəffəq olub.
 
"Nəticədə onun təsir gücü möhkəmlənib, çünki muzdlular qrupu Belarus prezidenti Aleksandr Lukaşenko ilə sövdələşmədən sonra geriyə çəkilib", - jurnal qeyd edib.
 
Jurnal həmçinin xatırladıb ki, Putini artıq 2007-ci ildə "İlin adamı" müəyyən edib, həmçinin dəfələrlə onu o cümlədən 2022-ci ildə TİME100 siyahısına daxil edib.
 
"Barbi" haqqında qısa xülasədə deyilir ki, bu gəlincik barədə ilk eyniadlı çoxdan gözlənilən filmin işıq üzü görməsi bütün dünya boyunca geyimdə, aksessuarlarda və başqa mallarda çəhrayı rəngin geniş vüsət almasına gətirib çıxarıb, bununla da "teatr uğurunun imkanları dünyada hətta axın yayımında da saxlanıldığını" nümayiş etdirib.
 
"Barbi" və III Çarlzdan başqa Putinlə birgə "fəxri ad" uğrunda Çin lideri Si Tszinpin, məşhur amerikalı müğənni Teylor Svift, süni intellektin inkişafı üzrə "OpenAI" şirkətinin təsisçisi Semuel Oltmen, "CHatGPT" yaradıcısı Sem Altman, ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ittihamlar irəli sürən prokurorlar, ABŞ Federal ehtiyat sisteminin indiki sədri Cerom Pauell də rəqabət aparacaq.
 
2022-ci ildə "Time" jurnalı Zelenskini "İlin adamı" və "Ukraynanın ruhu" seçib.
 
Qeyd edək ki, "Time" jurnlının "İlin adamı" adına iddiaçılarının cari "şort-list"i ("short-list"-qısa siyahı-red.) jurnalın 2022-ci ildə öz auditoriyasına təklif etdiyi şəxslərdən kəskin şəkildə fərqlənir.
 
O zaman siyahıya nəticədə nominasiya qalibi olmuş Ukrayna prezidenti Vladimir Zelenski, "SpaceX" şirkətinin təsisçisi İlon Mask (ikinci yeri tutub) və Böyük Britaniyanın sabiq baş naziri Boris Conson (üçüncü yer) daxil edilib.
 
Nominasiya haqqında
 
"Time" jurnalı hər il ötən 12 ay ərzində dünyaya ən çox təsir edən (müsbət və ya mənfi anlamda) adamı, insanlar qrupunu və ya konsepsiyanı açıqlayır.
 
Jurnal "İlin adamı"nı 1927-ci ildən seçir. İlk olaraq bu titula Atlantika üzərindən təkbaşına uçan amerikalı təyyarəçi Çarlz Lindberq layiq görülüb. 
 
Siyasi və ictimai xadimlər 70 dəfədən çox "İlin adamı" seçilib. Onların arasında Mahatma Qandi (1930), Uinston Çörçill (1940, 1949), II Yelizaveta (1952), Şarl de Qoll (1958), Martin Lüter Kinq (1963), Henri Kissincer (1972), Den Syaopin (1978, 1985), ayətüllah Xomeyni (1979), Lex Valensa (1981), Roma papaları II İoann Pavel (1994) və Fransisk (2013), Angela Merkel (2015) olub.
 
Bu titula Cerald Ford istisna olmaqla Amerikanın Franklin Ruzveltdən başlayaraq bütün prezidentləri layiq görülüb. Ruzvelt bu titula 1932, 1934 və 1941-ci illərdə üç dəfə layiq görülən yeganə prezident olub.
 
Bu titulu alanlar arasında SSRİ və Rusiyanın beş lideri olub. Bunlar İosif Stalin (1939, 1942), Nikita Xruşşov (1957), Yuri Andropov (1983-cü ildə ABŞ prezidenti Ronald Reyqanla birlikdə), Mixail Qorbaçov (1987, 1989) və Vladimir Putindir (2007).
Link kopyalandı!
Son xəbərlər