2190
03 Dec 2023 | 16:39

"Hava şəraiti Ukraynada döyüş əməliyyatlarının intensivliyini azaldıb" - ISW

"Hava şəraitinin pisləşməsini həm ukraynalı döyüşçülər, həm də işğalçılar hiss edib..."
 
"Bəzən düşmən dronları hava kəşfiyyatına çıxır, lakin torpaq bataqlıq olduğundan rusiyalıların texnikası hərəkət etmir..."
 
"Son sutka ərzində düşmənin bütün cəbhə boyunca raket və aviasiya zərbələri nəticəsində mülki əhali arasında həlak olan və yaralanan var, mülki infrastruktur dağıntılara məruz qalıb..."
 
Əlverişsiz hava şəraiti həm Ukrayna Müdafiə Qüvvələri, həm də işğalçılar tərəfindən döyüş əməliyyatlarının intensivliyini azaldıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, pis hava şəraiti bütün cəbhə boyunca Ukrayna və Rusiyanın döyüş əməliyyatlarını ləngidir, lakin onları tam dayandırmır.
 
Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığının spikeri polkovnik-leytenant Vladimir Fitko bəyan edib ki, işğalçılar Baxmut istiqamətində hava imkan verdikcə aviasiyadan istifadə edir. Bu istiqamətdə hava şəraiti artilleriyanın işinə əhəmiyyətli təsir göstərmir.
 
Rusiyalı hərbi blogerlər dekabrın 1-də iddia edib ki, Baxmut ətrafında və Zaporojye vilayətinin qərbində güclü külək Rusiya qoşunlarına son iki gün ərzində pilotsuz uçuş aparatları və artilleriyadan istifadə etməyə mane olub. 
 
Blogerlərdən biri bəyan edib ki, bəzən Rusiya dronları hava kəşfiyyatına çıxır, lakin torpaq bataqlıq olduğundan rusiyalıların texnikası hərəkət etmir.
 
Eyni zamanda rusiyalılar tırtıllı texnika ilə hərəkət edə bilir, Ukrayna qoşunları isə Zaporojye vilayətinin qərbində pis hava şəraitinə rəğmən intensiv artilleriya atəşlərini davam etdirir.
 
Dekabrın 2-də Zaporojye vilayətində işğalçıların əlaltısı Vladimir Roqov bu rayonda Rabotino-Novopokrovka-Verbovoye yolları görünən kadrlar dərc edib.
 
Əlaltı satqın bəyan edib ki, belə şərait praktiki olaraq Ukraynanın təkər üstə olan texnikasını hərəkətsiz hala salıb, bu da Müdafiə Qüvvələrini piyadalarla hücumlara vadar edib.
 
Digər videolarda Roqov Zaporojye vilayətində Ukrayna səngərlərinə siçovul və siçanların axışdığını göstərib, bu da regionda soyuq hava ilə bağlıdır.
 
Ukraynada müharibə-son xəbərlər
 
Baş Qərargahın məlumatına görə, son sutka ərzində işğalçılar cəbhənin demək olar ki, bütün istiqamətlərində hücum əməliyyatları həyata keçirib, 69 döyüş toqquşması baş verib.
 
Həmçinin məlumat verilir ki, son sutka ərzində düşmən 3 raket və 15 aviasiya zərbələri endirib, yaylım atəşli reaktiv sistemlərindən qoşunlarımızın mövqelərini və yaşayış məntəqələrini 18 dəfə atəşə tutub.
 
Nəticədə mülki əhali arasında həlak olan və yaralananlar var. Özəl yaşayış evləri və digər mülki struktur dağıntılara məruz qalıb.
Link kopyalandı!
Son xəbərlər