"Hər şey narkotiklər üzrə aparılan reydləri xatırladıb, pozuntular aşkar edilməsə də, əhvalımız korlanıb..."
"LGBT Beynəlxalq ictimai hərəkat" mövcud olmadığından onun qadağan edilməsinin kimlərə şamil ediləcəyi aydın deyil..."
Rusiyanın güc strukturları LGBT qadağasının ardınca gey-klublara reydlər edib
Moskva və Sankt-Peterburq polisi dekabrın 2-nə keçən gecə gey-klub və saunalara basqın edib. Moskvada reydlər narkotik axtarışı adı altında keçirilib, bu zaman müştərilərin pasportlarının fotoşəkilləri çəkilib.
Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, klubların birində LGBT-icması üçün əyləncə gecəsi keçirilib və orada təxminən 300 nəfər iştirak edib.
"Mən elə zənn edirdim ki, 12 il müddətinə həbs olunacağam. Biz heç nə anlamırdıq, 300 nəfər çılpaq idik, yalnız alt paltarında dayanmışdıq, paltarlarımızın gətirilməsini gözləyirdik. Və heç kim nə baş verdiyini anlamırdı", - bunu "Ehtiyatlı olun, xəbərlərdir" kanalına gecə iştirakçılarından biri deyib.
"Əyləncə gecəsinin qızğın çağında musiqini kəsib zallara daxil oldular. Gecədə həmçinin başqa dövlətlərin vətəndaşları da vardı. Çıxışda icazə olmadan pasportların fotoşəkli çəkilib. Bu, tanış mənzərədir, Piterdə buna bənzər klublar da bu cür bağlanıb", - şahidlərdən biri "Ehtiyatlı olun, Moskvadır" "Teleqram-kanal"a danışıb.
Kanalın məlumatına görə, klub nümayəndələri qabaqcadan polis reydləri barədə xəbərdarlıq edilib.
"Hər şey narkotiklər üzrə aparılan adi reydlər kimi olub. Pozuntular aşkar edilməyib, amma əhvalımız korlanıb. Saunada ədəbsiz davranılıb, hamı başıaşağı dayanmağa məcbur edilib", - şahidlərdən biri danışıb.
Basqınlar Moskvanın ən azı iki gecə klubuna, bir bara və saunalara edilib. Analoji "tədbirlər" Sankt-Peterburqda da keçirilib.
Bu ərəfədə Peterburqun köhnə gey-klublarından olan "Mərkəzi stansiya" polis hücumlarını gözləmədən işinin dayandırılmasını elan edib.
Noyabrın 30-da Rusiya Federasiyasının Ali Məhkəməsi Ədliyyə Nazirliyinin inzibati iddiasına baxaraq "LGBT Beynəlxalq ictimai hərəkat"ı ekstremist təşkilat kimi tanıyıb. Polis reydləri bu qərarla əlaqədardır.
"LGBT Beynəlxalq ictimai hərəkat" mövcud olmadığından onun fəaliyyətinin qadağan edilməsinin kimlərə şamil ediləcəyi aydın deyil.
Bəzi hüquqşünaslar profilli hüquq-müdafiə təşkilatları və LGBT-klubları müştəriləri üçün riskləri istisna etmir, bunu "Azadlıq Radiosu" qeyd edib. Sadəcə, Rusiyada yaşayan LGBT-şəxslər üçün də təhlükə olduğu barədə narahatlıq var.