“Türkiyə və Rusiya öz münasibətlərində Atatürk-Lenin doktrinasını həyata keçirir...”
3538
02 Dec 2023 | 15:14

“Türkiyə və Rusiya öz münasibətlərində Atatürk-Lenin doktrinasını həyata keçirir...”

“Biz anlamalıyıq ki, həqiqətən müstəqil dövlətik və müstəqilliyimizi qoruyan bir xalq olaraq elə özümüzük:  qüdrətli Azərbaycan ordusu və əsgəridir...”
 
XIX əsrin əvvəllərindən bəri Azərbaycana qarşı erməni məsələsini, erməni separatizmini, erməni işğalını Rusiya təşkil edibsə və bugün əgər Azərbaycan və Ermənistan arasındakı sülh sazişi bu imperiyanın himayəsi altında imzalanarsa, həmin sülhə necə etibar etmək olar? Kim zəmanət verir ki, 20-30 ildən sonra geo-siyasi durum dəyişərsə, həmin vaxtadək varlığını qoruyub saxlayacaq Rusiya imperiyasının Türkiyə ilə münasibətləri korlanarsa, Moskva yenidən Ermənistanı Azərbaycan torpaqlarının işğalına təhrik etməyəcək?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
 
“Hər dövrün öz tələbləri var. Son 30 il göstərdi ki, Azərbaycan öz suverenliyini qorumaq üçün daim silahlanmalı və ancaq özünə arxalanmalıdır. Belə olduqda, geo-siyasi vəziyyət dəyişsə də, ölkənin özünü müdafiə mexanizmi olduğundan heç bir ölkə onun işinə qarışa bilməz. Prezident İlham Əliyevin yaratdığı müdafiə mexanizmi qüsursuz işləyir və geosiyasi balansı saxlamağa şərait yaradır”.
Davamında Türkiyə-Rusiya münasibətlərindən bəhs edən analitik iddia edir ki, hazırda bu iki ölkə XX əsrin 20-ci illərində baş tutmuş Atatürk-Lenin doktrinasını həyata keçirirlər.
 
“Rusiya-Türkiyə münasibətlərinin davamı və ya korlanması isə bu işlək mexanizmə heç bir mənfi təsir göstərə bilməz. Biz anlamalıyıq ki, həqiqətən müstəqil dövlətik və müstəqilliyimizi qoruyan bir xalq olaraq elə özümüzük:  qüdrətli Azərbaycan ordusu və əsgəridir.
 
Türkiyə-Rusiya münasibətlərinə gəlincə, onlar Atatürk-Lenin doktrinasını həyata keçirirlər. Əgər tamlığı ilə buna nail olsalar, daha Ermənistan tərəfdən Azərbaycana qarşı heç bir təhlükə yarana bilməyəcək. Bütün hallarda Azərbaycan istər Türkiyədən, istərsə də Rusiyadan asılı vəziyyətdə olmayacaq...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər