Putin Rusiya ordusu hərbi qulluqçularının sayını 1, 32 milyon nəfər artırıb
2219
02 Dec 2023 | 14:07

Putin Rusiya ordusu hərbi qulluqçularının sayını 1, 32 milyon nəfər artırıb

 
"Qoşunların sayının artırılması Rusiyanın NATO-nun aqressiv fəaliyyətinə adekvat reaksiyasıdır..."
 
"Vətəndaşların həqiqi hərbi xitmətə çağırışının artırılması və səfərbərliyin keçirilməsi nəzərdə tutulmur..."
 
"2024-cü ildə Rusiya büdcəsinin üçdə biri ordu və müdafiə sənayesinə yönəldiləcək, bu da sovet dönəmindən bəri ilk dəfədir ki, qeydə alınıb..."
 
Rusiya diktatoru Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayının 2 209 130 nəfərədək artırılması barədə fərman imzalayıb. Bu zaman bunun 1 320 000 nəfəri hərbçilərdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
İşğalçı ölkənin Müdafiə Nazirliyi qeyd edib ki, Putinin 29 noyabr 2023-cü il tarixli fərmanına uyğun olaraq Rusiya Silahlı Qüvvələrinin sayı 170 min nəfər hərbi qulluqçuyadək artırılıb.
 
Bu zaman nazirlik əmin edib ki, Putinin planları "müqavilə üzrə hərbi xidmət keçmək istəyini ifadə edən" vətəndaşların hesabına gerçəkləşir. 
 
Qeyd edilir ki, vətəndaşların həqiqi hərbi xidmətə çağırışının əhəmiyyətli artırılması və ya səfərbərliyin keçirilməsi, guya, nəzərdə tutulmur.
 
Eyni zamanda belə addımın səbəblərini Rusiya Müdafiə Nazirliyi "Rusiya üçün təhlükələrin artması ilə" əsaslandırıb, qoşunların sayının artırılmasını "NATO-nun aqressiv fəaliyyətinə adekvat reaksiya" adlandırıb.
 
"Silahlı Qüvvələrinin ştat sayının artırılması "xüsusi hərbi əməliyyat"ın keçirilməsi və NATO-nun genişləndirilməsinin davam etdirilməsi ilə əlaqədar olaraq ölkəmiz üçün təhlükələrin artması ilə bağlıdır.
 
Alyansın Rusiyanın sərhədlərinin yaxınlığında Birləşmiş Silahlı Qüvvələri artırılır, əlavə hava hücumundan müdafiə sistemləri və zərbə silahları yerləşdirilir. NATO-nun taktiki nüvə qüvvələrinin potensialı artırılır.
 
ABŞ 2025-ci ilin sonunadək Avropada və Türkiyədə olan 200 ədəd köhnəlmiş sərbəst düşən nüvə aviasiya bombalarını yeni yüksək dəqiqli versiyaları ilə əvəz etmək niyyətindədir. 
 
Yaranmış şəraitdə Silahlı Qüvvələrin döyüş heyəti və sayının əlavə artırılması NATO blokunun aqressiv fəaliyyətinə adekvat realsiyadır".
 
Rusiyanın Ukraynaya qarşı müharibəsi - Kremlin digər addımları
 
Qoşunların sayının artırılmasından başqa, bu günlərdə Rusiya müharibə xərclərini də artırıb. 2024-cü ildə Rusiya hakimiyyəti bütün xərclərin üçdə birini ordu və müdafiə sənayesinə yönələcək. Belə artım sovet dönəmindən bəri ilk dəfədir ki, qeydə alınıb.
 
Bəlli olub ki, büdcədə hərbi xərclərin payı 29, 5 faiz təşkil edib. İl ərzində "Milli müdafiə" maddəsi üzrə 10, 775 trilyon rubl xərclənəcək ki, bu da 2023-cü il xərclərindən 70 faiz çoxdur.
 
Kontekst
 
21 sentyabr 2022-ci ildə Putin Rusiyada Ukraynaya hərbi müdaxilə edən qoşunlarının artırılması üçün "qismən" səfərbərlik elan edib. Oktyabrın 28-də Rusiya müdafiə naziri səfərbərliyin başa çatması barədə Putinə məruzə edir.
 
Dekabrın 7-də Putin bəyan edib ki, Rusiyada səfərbərlik tədbirlərinin davam etdirilməsinə "zərurət yoxdur". Eyni zamanda hüquqi cəhətdən Rusiyada səfərbərlik dayanmayıb, çünki Putin onun başa çatması barədə fərman imzalamayıb.
 
Rusiya işğalçıları o cümlədən Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərində də qanunsuz səfərbərlik və çağırış həyata keçirir.
 
14 aprel 2023-cü ildə Putin Rusiyada elektron çağırış tətbiq edən və rusiyalıların çağırışdan və ya səfərbərlikdən yayınması imkanını minimuma endirən qanun imzalayıb. Britaniya kəşfiyyatı bunu Rusiyanın uzunmüddətli müharibəyə hazırlığı adlandırıb.
 
Avqustun 25-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bəyan edib ki, Rusiyada səfərbərlik dayanmayıb, orada əlavə olaraq 450 min nəfər çağırış variantı nəzərdən keçirilir.
Link kopyalandı!
Son xəbərlər