2072
02 Dec 2023 | 12:57

"2024-cü il üçün bizim özümüzün Ukrayna ssenarimiz olmalıdır" - Zelenski

 
"Ukraynaya tamamilə konkret nəticələr verən konkret şəkildə əsaslandırılan konkret əməliyyatlar gərəkdir..."
 
"İşğalçı ölkə üzərində qələbənin əsas prioritetlərindən biri ölkə ehtiyatlarının artırılmasıdır..."
 
"Ukraynada hamı anlayır ki, səfərbərlik sahəsində dəyişikliklər lazımdır..."
 
Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də Ali Baş Komandanın Ümumi Qərargahının (Stavka) müharibə və səfərbərliyə həsr edilmiş iclasını keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti axşam videomüraciətində məlumat verib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Cəbhə komandanları və Baş Komandan ön cəbhədəki bütün istiqamətlərdəki vəziyyət haqqında məruzə edib. Şərqdə Kupyansk, Liman, Marinka, Avdeyevka; Cənubda o cümlədən Xerson vilayətində fəaliyyətimiz barədə məruzələri dinləmişəm, - Zelenski deyib.
 
Cəbhədə döyüşlərdə, döyüş postlarında olan bütün döyüşçülərə minnətdaram. Bizim mövqelərimizi müdafiə edənlərə-fortifikasiyalar quran, işğalçıların istifadə etməyə cəhd göstərdiyi yolları minalayan hər kəsə çox sağ ol deyirəm".
 
Prezident əlavə edib ki, iclasda silah və döyüş sursatlarının tədarükü barədə məruzələri də dinləyib.
 
"Tərəfdaşlarımızla komminikasiyalar üçün yenilənmiş sorğular hazırlayırıq. Qarşıda məhz belə kommunikasiya nöqteyi-nəzərdən sanballı həftə olacaq", - Zelenski anons edib.
 
Onun sözlərinə görə, Stavkanın iclasında Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenkonun qarşıdakı ildə Rusiyanın mümkün fəaliyyəti və beynəlxalq vəziyyətlə bağlı məruzəsini dinləyib.
 
"Bütün mümkün ssenariləri təhlil edirik və 2024-cü il üçün bizim özümüzün Ukrayna ssenarimiz olmalıdır. Ukraynaya tamamilə konkret nəticələr verən konkret əsaslandırılan konkret əməliyyatlar olmalıdır. Bizim dövlətimizə, briqadalarımıza lazım olan hər şeydə bax belə konkretlik olmalıdır. O cümlədən bu, həm də səfərbərlik məsələlərinə aiddir", - Zelenski qeyd edib.
 
Onun sözlərinə görə, "Ukraynada hamı anlayır ki, bu sahədə dəyişikliklər olmalıdır".
 
"Həm də bu məsələ, sadəcə, səfərbər edilənlərin sayında deyil. Bu məsələ bu gün orduda olan hər kəsin təxris olunma müddətləri və orduya gələcək hər kəsə aiddir. Bunlar hərbi rəhbərliyin və Müdafiə Nazirliyinin işləyib hazırlayacağı və Stavkaya təsdiqə təqdim edəcəyi kompleks məsələlərdir", - Zelenski bəyan edib.
 
O, əlavə edib ki, iclasda "bəzi təkliflər də olub". "Mən məsələlərin kompleks həllini gözləyirəm", - Zelenski deyib.
 
Ali Baş Komandanın Stavkası (Ümumi Qərargah) Ukraynanın ali hərbi rəhbərliyinin fövqəladə orqanıdır, Ukrayna Silahlı Qüvvələri və dövlətin digər hərbi birləşmələrinə strateji idarəetməni həyata keçirir.
 
Kontekst
 
Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan sonra 24 fevral 2022-ci il səhər Zelenski ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib. Sonuncu dəfə Ali Rada tərəfindən hərbi vəziyyət 14 fevral 2024-cü ilədək uzadılıb.
 
Zalujnının "The Economist" nəşrində noyabrın 1-də dərc edilən köşə yazısında işğalçı ölkə Rusiya üzərində qələbənin prioritet vəzifələrindən biri kimi ölkə ehtiyatlarının artırılması qeyd edilib.
 
O, vurğulayıb ki, Ukraynanın öz ərazisində ehtiyatların hazırlanması üçün imkanları məhduddur. Zalujnı qeyd edib ki, Ukrayna qanunvericiliyində bu sahədə boşluqlar var, lakin ölkə bu problemləri həll etməyə cəhd edir.
 
Parlamentin "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya noyavrın 22-də bəyan edib ki, Ali Rada Ukraynada səfərbərlik və təxrisiolunma məsələlərini tənzimləyən kompleks qanun hazırlayır və belə qanun 2023-cü ilin sonunadək qəbul edilə bilər.
 
Noyabrın 24-də Zelenski bəyan edib ki, Zalujnıya, müdafiə naziri Rüstəm Ömərova və baş nazir Denis Şmıqala səfərbərlik üzrə kompleks plan hazırlamağı tapşırıb.
 
Dekabrın 1-də dərc edilən müsahibəsində Zelenski deyib ki, Ukraynada müharibə yeni fazaya keçib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər