Ekskluziv
4375
02 Dec 2023 | 08:55

"Daxili işlər naziri  vəzifəsindən azad edilməlidir... -Rusiya casusudur..."

Bəzi məlumatlara görə, bir sıra Qərb ölkələri və strukturları daxili işlər naziri Vahe Qazaryanı Ermənistan hökumətindəki Rusiya “casusu” hesab edərək Nikol Paşinyandan onun vəzifəsindən azad edilməsini tələb edirlər. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri yazıb.
 
“Məsələ burasındadır ki, son aylarda Ermənistanın yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının . Qırğızıstanın Çolpon Ata (İssık-Kul) şəhərində keçirilmiş növbəti iclasında iştirak edibdir. 
 
Rəsmi dairələrdən öyrəndik ki, Paşinyan bu tələbə müqavimət göstərir. Çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və baş nazirinin etibarından bəhrələnir”,- deyə davamında Ermənistan qəzeti bildirir.
 
S.Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər