"Kokain təlxəyinin hələlik mövcud olan saxta ölkə prezidentini seçməkdən imtina etməsindən dolayı isterikası başadüşüləndir..."
Medvedev Ukrayna Ali Radasının müharibə başa çatanadək ölkədə parlament və prezident seçkilərinin təxirə salınması qərarını şərh edib və bunu ağrılı qarşılayıb
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Ukraynada prezident seçkilərinin güman edilən ləğvini tənqid edib.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Teleqram-kanal"ında yazıb. Məlumatı "focus.ua" nəşri yayıb.
Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin "iflasa uğrayan əkshücumu" şəraitində rəqiblərin ortaya çıxması hazırkı hakimiyyət üçün təhlükəlidir. Həmçinin yeni korrupsiya faktları üzə çıxa bilər.
Onun sözlərinə görə, bu, ona gətirib çıxaracaq ki, nə ölkənin özü, nə də prezident Vladimir Zelenski qalacaq.
"Vəssalam, - Medvedev yazıb. - Maskalar büsbütün atılıb. Rada seçkiləri ləğv edib. Axı, sonuncu ukraynalıyadək müharibə gedəndə, seçkilər yox, zelenskilər var.
Və əksinə, onlar üçün seçkilər şərəfsiz sonluq deməkdir, çünki iflasa uğramış və böyük qurbanlara səbəb olan "əkshücum" şəraitində ehtimal edilən son dərəcə təhlükəli rəqiblərin peyda olması qan üzərində nəhayətsiz oğurluğun yeni halları üzə çıxacaq, xarici sponsorlar yumurtaları müxtəlif səbətlərə yığacaq, amma pul-paranı təkbaşına ələ keçirmək istəyi var axı.
Buradan da kokain təlxəyinin hələlik mövcud olan saxta ölkə prezidentini seçməkdən imtina etməkdən dolayı isterikası başadüşüləndir".
"Amma şər deməsən, xeyir gəlməz, - Rusiyanın ən davakar Z-blogerlərindən biri bu nəticəyə gəlir. - Axı, quru yerdə nə belə "Ukraynanın" "prezidenti", nə də belə "prezidentin" "Ukraynası" olacaq".
Xəbər verildiyi kimi, Ukrayna Ali Radasının bütün fraksiyalarının nümayəndələri döyüş əməliyyatları başa çatanadək və hərbi vəziyyətin ləğvindən sonra yarım il ərzində ölkədə nə parlament, nə də prezident seçkilərinin keçirilməsinin mümkün olmadığı barədə bəyanat imzalayıb.